520 likes | 988 Views
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı. M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanası. M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasının binasının xarici görünüşü. M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasının tarixi.
E N D
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanası
M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasının binasının xarici görünüşü
M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasının tarixi • Azərbaycanın ən qədim tarixə malik olan Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər kitabxanası 1919-cu ilin mart ayında o zamanın görkəmli xadimlərindən N.Nərimanov, Dadaş Bünyadzadə, Ə.Haqverdiyev, C.Cabbarlı, Y.V.Çəmənzəminli və başqaları tərəfindən ictimai təşkilat olan “Xəzər sahili istehlak cəmiyyətinin” hesabına açılmışdır.Kitabxana açıldığı gündən xalq kütləvi şəkildə bu kitabxanaya gəlib, kitab, qəzet və jurnallardan istifadə ediblər. • Maarifpərvər şəxslərin köməyi ilə kitabxananın fondu və oxucusu gündən-günə çoxalıb böyük bir kitabxanaya çevrilmişdir.
Kitabxana yarandığı gündən bütün xalq kütləsinə xidmət etmişdir. İlk illərdə kitabxananın qadın oxucusu yox dərəcəsində idi. Azərbaycan qadınlarını geniş surətdə kitabxanaya cəlb etmək məqsədi ilə öz nəzdində “Oxucu qadınlar dərnəyi” təşkil etmişdir. Evdar qadınların evlərinə kitablar aparıb onlarda mütaliəyə maraq oyatmışlar. • 1941-45-ci illərdə kitabxananın işçiləri arxa cəbhədə hərbi xəstaxanaya getmiş,yaralılara kitab, qəzet, jurnal oxumuşdular.Onlar hətta cəbhəyə də kitab, jurnal, qəzet göndərmişlər. Bu fəaliyyətinə görə kitabxana bir necə tərifnamələrə layiq görülmüşdür.
1922-ci ildə kitabxanasının oxucularından. Qiraətxanada: N.Nərimanov,D.Bünyadzadə və respublikanın digər nümayəndələri
1945-ci ildə yaxşı işlədiyinə görə kitabxanaya Bakının və Azərbaycanın rayonlarında olan kitabxanalara hamilik işi tapşırılmışdır. Misal üçün: Şüvəlan, Buzovna, Masallı rayonu, Göyçay, Sabirabad, Saatlı, Şamaxı rayon kitaxanalarına hamilik etmiş və yüksək göstərici alındığına görə Həmkarlar Təşkilatı tərəfindən “Vimpel”lə mükafatlanmışdır. • Xalq maarifləndikcə oxucu kütləsi kitabxanada həddən artıq çoxalmışdır. M.Ə.Sabir adına kitabxana ənənəvi olaraq yazıçı və şairlərlə görüşlər keçirmişdir.
1922-ci ildən görkəmli satirik şair, molla nəsrəddinçi M.Ə.Sabirin vəfatının 10 illiyi ilə əlaqədar olaraq kitabxanaya M.Ə.Sabirin adı verilmişdir və həmin ildən kitabxana bu binada yerləşib: “İslam Səfərli 13”. Kitabxana 1939-cu ildə geniş siyasi maarif işinə görə, savadsızlığın ləğv edilməsində əhalini kitabla təmin etdiyinə görə Mərkəzi Şəhər kitabxanası adına layiq görülmüşdür. Kitabxana çox qədim və tarixi olduğu üçün 1946-cı ildin əsasnaməsi və pasportu vardır. Yeni əsasnamə olmadığı üçün əvvəlki əsasnamə qüvvədədir.
Kitabxananın fəaliyyəti haqqında • Kitabxana Mərkəzi olduğu dövrdən 1 milyona qədər əhaliyə və Azərbaycanın bölgə oxucularına xidmət göstərmişdir. • Əvvəllər yeni təsnifat cədvəli olmadığı üçün kitabxana təsnifləşməni “KTB” təsnifatı ilə aparılırdı. • Kitabxananın 162204 nüsxə fondu mövcud olub.Bunlardan 119654 nüsxə azərbaycan,42550 nüsxə isə rus və xarici dillərdə idi. • Kitabxananın fondunda elmi-siyasi,bədii ədəbiyyat, müxtəlif adda ensiklopediyalar, ali məktəb dərslikləri, əksər elmi kitablar var idi. 1897-1913 illərdə nəşr olunmuş ensiklopediyalar indiyə qədər kitabxanada qorunub saxlanılır. Prezidentin fərmanı ilə çap olunan bütün ədbiyyat kitabxanaya verilmişdir.Fondumuzda müxtəlif adda qəzet və jurnallar olub.
Kitabxananın işi aşağıdakı şöbələr vasitəsi ilə aparılırdı. • OXU ZALI • XİDMƏT ŞÖBƏSİ • RUS ŞÖBƏSİ • BİBLİOQRAFİYA ŞÖBƏSİ • KİTABİŞLƏMƏ ŞÖBƏSİ
Oxu zalında bütün məlumat xarakterli ədəbiyyatla, dövrü mətbuat materialları ilə çapdan çıxmış və kitabxanaya daxil olmuş kitablarla oxuculara xidmət edib. Kitabxanada “Pərvanə”, “Turan” və “Şəms”ədəbi məclisləri fəaliyyət göstərib və bu dərnəklər bir sıra tədbirlər həyata keçirmişlər. Kitabxananın bütün kütləvi tədbirləri burada keçirilib.
Xidmət şöbəsində əsasən kitabxananın əsaslı fondu yerləşmişdir. Burada sərgilər, xülasələr, mühazirələr təşkil olunub . Xidmət şöbəsində oxuculara fərdi yanaşma üsulu ilə ədəbiyyatlar tövsiyyə edilirdi.
Rus şöbəsi oxucularına fərdi yanaşma üsulu ilə xidmət göstərib və rus yazıçı və şairlərin yubileylərinə həsr olunmuş sərgilər təşkil etmiş, məktəblərdə onlarla bağlı tədbirlər keçirmişlər.
Biblioqrafiya şöbəsi. Kitabxanada məlumat-biblioqrafiya işini biblioqraflar aparıb. Kitabxananın biblioqrafiya şöbəsi 1940-45 ci illərdən fəaliyyət göstərib. Kitabxanaya daxil olan bütün dövrü mətbuatlar yardımçı materiallar (məqalələr, məcmuələr,lüğətlər) bu şöbədə yerləşdirilmişdir. Kitabxananın aldığı qəzet və jurnallar biblioqrafiya şöbəsində analitik təsvir edilmiş və kartotekalara düzülmüşdür.
Kitabişləmə şöbəsikitabxanaya daxil olan bütün ədəbiyyatları kitabxana qaydası ilə işləyib, onları invertar kitabına yazıb, ümumi uçot kitabına qeyd etmişlər.Çap kartoçkalarının kataloqlaşdırma işini də kitabişləmə şöbəsi aparmışdır.
Kataloqlar • M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasında olan kataloqlar Bakı şəhərində ən qədim kataloqlardandır. Bu kataloqlar 1922-23-cü illərdə təşkil olunmuşdur. Kataloqlar uzun illər yeniləşmiş, təkmilləşmiş və oxucuların sorğu mənbəyinə çevrilmişdir.
Kitabxanada aşağıdakı kataloqlar işlənilmiş və indiyə qədər oxucuların istifadəsindədir. • Xidmət kataloqları • Əlifba kataloqları (Azərbaycan və rus dilində) • Sistemli kataloqlar (Azərbaycan və rus dilində) • Ümumən kataloqlarda 40 minə qədər cap kartoçkaları olmuşdur. İldə 8-10 min oxucu bu kataloqlardan istifadə etmişlər.
Ədəbiyyat dərnəyi • Kitabxanada fəaliyyət göstərən ədəbiyyat dərnəyi 1929-30-cu illərdə N.Nərimanov, S.Vurğun, Ə.Haqverdiyev tərəfindən təşkil olunmuşdur. Kitabxana fəaliyyətə başlayandan burada müxtəlif dərnəklər fəaliyyətə başlamışdır.Misal üçün : “Bacarıqlı əllər”, “Qızıl qələmlər”, “Gənc texniklər” və s. • “Qızıl qələmlər” inkişaf edib “Pərvanə” ədəbi məclisi yaranmışdır. Bu dərnəkdə Azərbaycanın ən tanınmış yazıçı və şairləri iştirak etmişlər. Dərnəyin ilk aparıcılarından N.Nərimanov, Ə.Haqverdiyev, S.Vurğun, S.Rüstəm, N.Kəsəmənli və başqalarını göstərmək olar. Sonralar dərnəyə şair Qəşəm Nəcəfzadə rəhbərlik etmişdir. • Son illərədək kitabxanada keçirilən bütün tədbirlərdə “Pərvanə”, “Turan” və “Şəms” ədəbi məclisinin üzvləri fəal iştirak etmişlər.
Azərbaycan SSRİ xalq artisti Ə.Qurbanov "Kefli İsgəndər" rolunda
M.Ə.SABİR ADINA MƏRKƏZİ ŞƏHƏR KİTABXANASININ BU GÜNÜ
M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasının illik kitab verlişi 225000 saydadır və illik oxucu gəlişi isə 16000 nəfərdir. Hal-hazırda kitabxananın fondunda 155457 kitab vardır. Bunlardan 85585-i Azbaycan dilində, 69868-i Rus dilində və 4-ü isə İngilis dilində kitablardır. Aşağıdakı diaqrammada bunu aydın şəkildə görə bilərsiniz.
Kitabxana 2011-ci ildən aşağıdakı şöbələrdən ibarətdir • Oxuculara xidmət şöbəsi • Kitabxana–biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi • İnformasiya-resurs şöbəsi • Uşaq şöbəsi
Oxuculara xidmət şöbəsinin tərkibinə 3 xidmət növü daxildir. • Azərbaycan şöbəsi • Rus şöbəsi • Oxu zalı
Kitabxana–biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasında keçirilən tədbirlər M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasında müxtəlif adda tədbirlər keçirilir. Görüşlər, ədəbi - bədii gecələr, kitab sərgiləri, kitab təqdimatları, söhbətlər təşkil edilir . Bayramlar və yubileylərlə bağlı isə maraqlı tədbirlər keçirilir.Bu təbirləri keçirilməkdə məqsəd Azərbaycanda və dünyada olan məlumatlarla oxucuların nəzərinə çatdırmaq və onları bu biliklə savatlandırmaqdır.
Məleykə Səma ilə görüş Musa Yaqubla görüş
M.Ə.Sabirin anadan olmasının 150 iliyi • Tədbirdə Azərbaycanın böyük satira ustası M.Ə.Sabirin həyat və yaradıcılığından söhbət açılmış, satiralarından nümunələr və qəzəllərinə bəstələnmiş musiqilər səslənmışdir. M.Ə.Sabir yaradıcılığına həsr olunmuş müsabiqə haqqında məlumat verdikdən sonra müsabiqə iştirakçıları Sabir yaradıcılığından bəhrələnərək yazdıqları qəzəl və satiralarını təqdim ediblər. Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mukafatlandırıldılar. Musabiqənin təşkilatçıları 1 saylı filialın müdiri Solmaz Məmmədəliyeva, Sabir irsinin davamçısı Zemfira Tahir, tədqiqatçılar Əvəz Qurbanlı və Yasin Xəlilovdur.
Xalq yazıçısı Mirzə İbrahimovun 100 illiyi • Tədbirdə xalq yazıçısı İlyas Tapdıq, xalq şairi Musa Yaqub,AMEA-nın Cənubi Azərbaycan Şöbəsinin baş elmi işçisi Sabir Nəbioğlu və digər qonaqlar iştirak ediblər. AMEA-nın Cənubi Azərbaycan Şöbəsinin baş aparıcı elmi işçisi Sabir Nəbioğlu Mirzə İbrahimovun yaradıcılığı,xususilə də yazıçının “Cənub hekayələri və “Gələcək gün” əsərləri haqqında məlumat verib.
Abuzər Xələfovun anadan olmasının 80 illik yubileyi • Professor, kitabxana işi sahəsində tanınmış mütəxəssis Abuzər Xələfovun anadan olmasının 80 illiyi munasibətilə tədbirdə şair İlyas Tapdıq, Zakir Ağdamlı,şairə Mərcan Şahbuzlu, astroluq və AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun elmi işçisi Firudin Qurbansoy,BDU-nun aparıcı müəllimlərindən E.Əhmədov iştirak ediblər.Yubiley mərasimində görkəmli alimin elmi fəaliyyətindən geniş söhbət açılıb, onun Azərbaycanın kitabxana işi tarixində həyata keçirdiyi elmi nailiyyətlər təhlil edilib.
Müstəqilliyimiz əbədidir • Azərbaycan Respublikasının Müstəqilliyinin 20-ci il dönümünə həsr olunmuş tədbirdə “Pərvanə” gənc yazıçılar dərnəyinin üzvləri,Səbail rayon MKS-in kitabxana filiallarının müdirləri, muzey əməkdaşları, jurnalistlər və oxucular iştirak edib. • Tədbiri kitabxana filialın müdiri G.Abbasova açdı və Azərbaycanın müstəqillik tarixi haqqında dinləyicilərə məlumat verdi. Yazıçılar Birliyinin üzvü şair Q.Nəcəfzadə,şairə-publisist M.Şahbuzlu, yazar N.Ədalət məruzələrlə çıxış etdilər.Bədii qiraət ustalarının ifasında Azərbaycan Müstəqilliyini tərənnüm edən şeirlər səsləndi. Azərbaycan Dövlət Flarmoniyasının Fikrət Əmirov adına rəqs ansamblının gənc rəqqasları milli Azərbaycan rəqslərini təqdim etdilər. Bayram tədbirində “Müstəqilliyimiz əbədidir” adlı kitab sərgisi nümayiş olundu.
SlaydıSəbailrayon MKS-in 1 saylıfilialınkitabxanaçıları AxundovaLamiyyəvə SəlimovaFiruzəhazırladı.