140 likes | 403 Views
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI. Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Spermanın duruldulması, saxlanması və göndərilməsi Mühazirəçi: dosent Əhmədov Əhməd Qulu oğlu Gəncə-2009.
E N D
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsi YOLUXMAYAN XƏSTƏLIKLƏR KAFEDRASI MÜHAZIRƏNIN MÖVZUSU: Spermanın duruldulması, saxlanması və göndərilməsi Mühazirəçi: dosent Əhmədov Əhməd Qulu oğlu Gəncə-2009
MÜHAZIRƏNIN PLANI • 1.Spermanın duruldulmasının əhəmiyyəti • 2.Spermanın duruldulmasında sintetik mühitin hazırlanması • 3.Spermaya əlavə vəzilərin ifrazatının mənfi təsiri. • 4.Buğa spermasının duruldulmasında istifadə olunan sintetik mühit. • 5.Kələ spermasının duruldulmasında istifadə olunan sintetik mühit • 6.Qoç, ayqır, qaban və başqa heyvanların spermasının duruldulmasında istifadə olunan sintetik mühit • 7.Spermanın xüsusi maye azotda -79; -1960-də saxlanmasının müddəti.
Mühazirə mətninə müvafiq ədəbiyyatlar • 1.C.Rzayev, M.Səidov- Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1975. • 2.A.P.Studentsov, B.S.Şipilov - Baytarlıq mamalığı və ginekologiyası. Moskva-1986. • 3. E.Bəşirov –Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Bakı, 1968.
Spermanın durudulması, saxlanması və göndərilməsi • Spermanı orqanizmdən kənarda uzun müddət saxlamaq və həcmini artırmaq məqsədilə durultmaq lazımdır. • Spermanı uzun müddət saxlamaq mümkün olduqda yaxşı törədicidən uzaq məsafələrdə də istifadə etmək olur. Bu malqaranın cinsinin yaxşılaşdırılması işini tezləşdirir. • Spermanı aldıqdan sonra istifadə olununa qədər müxtəlif təsirlərə məruz qalır. O, təsirlərdən əsas etibarı ilə aşağıdakıları göstərmək olar: • Əlavə vəzilərin ifrazatının mənfi təsiri (xüsusilə at və donuzlarda); 2) Süd turşusunun toplanması və maddələr mübadiləsi məhsullarının təsiri (spermatozoidlərin zəhərlənməsi); 3) qida ehtiyatının qurtarması; 4) spermatozoidlərin elektrik yüklərinin itməsi nəticəsində onların asslitinləşməsi və şişməsi; 5) temperaturun birdən-birə dəyişməsi; 6) spermaya düşmüş mikroorqanizmlərinin mənfi təsiri. • Spermanı uzun müddət saxlamaq və xarici təsirlərdən qorumaq üçün onu mütləq durultmaq lazımdır.
Spermanın durudulması • Sperma saxlamaq istədikdə elə bir durulducudan istifadə etmək lazımdır ki, orada spermatozoidlər vaxtından əvvəl, qocalaraq parçalanıb tələf olmasıdır. Digər tərəfdən durulducunun osmotik mühit yaransın. Spermanı durultmaq üçün təbii məhlullar (xörək duzu, qan, qanın zərdabı, süd, bal, pomidor şirəsi, kakao və s.) Durulducu hazırlayarkən ya distil sudan istifadə olunur. Durulducular nə çox turş, nə də ki, qələvi mühitə malik olmalıdır. Durulducuya qlikoza qatılır ki,spermatozoidlər üçün enerji mənbəi olmaqdan başqa onların örtüyünü normal saxlayır, elektrik yüklərini qoruyur və aqqlütinləşmənin qarsını alır. • Uc əvəzli limon turşusunun natrium duzu spermada əmələ gələn süd turşusunu neytrallaşdırır, limon turşusu spermatozoidlərin şişməsinin qarşısını alır. Bundan başqa o, spermatozoidlərin tənəffüs prosesində, cinsiyyət üzvlərini antilellərin təsirindən qorumaqda iştirak edir. Toyuq yumurtasının sarısı da qatılar. Onun tərkibində 7% təzə oksidləşmiş lesitin vardır. • Bu lesitin spermatozoidləri istidən və soyuqdan qoruyur. Digər tərəfdən lesitinin bir hissəsi spermatozoidlərin tənəffüsüdə iştirak edir ki, bu da onlarda yaşama qabiliyyətini artırır. • Spermanı dondurub saxlamaq istədikdə durulducuya qliserin qatmaq lazımdır ki, spermatozoidlər kristallaşmasın su qatılır o da həcmini artırır. Bundan başqa durulducuya antibiotik qatılır ki, orada olan mikroorqanizmlər çoxalmasın. • Durulducu məhlul hazırladıqda aseptika, antiseptika qaydalarına riayət etmək lazımdır ki, mümkün qədər steril olsun.
Buğa spermasının duruldulması • Hazırda süni mayalamada buğa spermasının duruldulması və saxlanması üçün süni sintetik mühitdən istifadə olunur: • Buğa spermasının qısa müddətdə 2-50-də saxlanması üçün durulducular: • Qlikoza – sitrat yumurta sarısı durulducusu. Susuz tibb qlikozası – 3 q. • Ucəvəzli limon turşusunun natrium duzu- 1,4q • Toyuq yumurta sarısı – 20 ml • Spermason-3-75-90 min vahid. • Distillə edilmiş su-100 ml. • Süd yumurta sırası durulducusu. • Təzə süd – 100 ml. • Toyuq yumurta sarısı – 20 ml. • Distillə edildmiş su – 100 ml. • Tibb qlikozası 3-q. • Limon turşusunun natrium duzu – 1,4 q.
Süddə hazırlanmış durulducu. • Təzə süd – 100 ml • Yumurta sarısı – 20 ml. • Pensillin – 100 min vahid. • Streptomisin – 100 min vahid. • Ağ streptosid – 375 q. • Buğa spermasının duruldub, doldurub qranula forması üçün bu durulducudan istifadə olunur. • Laktoza – 11,5 q. • Toyuq yumurtası sarısı – 20 ml. • Qliserin – 5 ml. • Spermason – 3-50 min vahid. • Distillə edilmiş su – 100 ml. • Buğa spermasını dondurub salomkada (samoncıqda) saxlandıqda laktoza fruktoza-raffinoza- qliserin- yumurta sarısı durulducudan istifadə olunur. • Laktoza – 80,5 q. • Fruktoza – 12 q • Vəzəvəzli raffinoza – 19,5 q • Maqnii sulfat – 0,1 q • Qliserin – 50 ml. • Spermason – 3 -500-700 min vahid. • Yumurta sarısı – 200 ml. • Distillə edilmiş su – 100 ml
Kələnin spermasının duruldulması. • Durulducu iki reseptdə hazırlanır: • Birinci kələ sperması keyfiyyətli olduqda, ikinci isə kələ toxumu nisbətən seyrək olduqda • 1-ci resept • Distillə edilmiş su – 100 ml. • Qlikoza – 3,2 q • Limon turşusunun natrium duzu – 1,11 q. • Yumurta sarısı – 43 ml. • 2-ci resept. • Distillə edilmiş su – 100 ml. • Qlikoza – 4 q. • Limon turşusunun natrium duzu – 65q. • Yumurta sarısı – 65 ml.
Qoç spermasının duruldulması. • Qoçların spermasını 2-50s-də 24 saat müddətində saxladıqda aşağıdakı durulducudan istifadə olunur. • Distil su – 100 ml. • Tibb slikozası – 0,8 q. • Ucəvəzli limon turşusunun natrium duzu – 2,8 q. • Yumurta sarısı – 20 ml. • Spermason – 3 – 25 – 30 min vahid. • Qoçların spermasının 2-3 saat müddətində duruldub istifadə etmək üçün qlikoza- fosfat durulducusu. • Distil su – 100 ml. • Ikiəvəzli natri fosfat – 2,08 q. • Birəvəzli kali fosfat – 0,08 q. • Tibb qlikozası – 3,2 q. • Təzə alınmış spermanı durulduqdan sonra 2-50 s-də 48 saat müddətində madyanları mayalamaq olar.
Qabanların spermasının 16-200 s-də duruldulması və saxlanılması. • Qlikoza – jelato –sitrat – sulfat durulducusu • Tibb qlikozası – 40 q. • Trilon b (jelaton – 3) – 2,6 q. • Ucəvəzli limon turşusunun duzu – 3,8 q. • Təmiz ammoniy sulfat – 1,8 q. • Çay sodası – 0,5 q. • Spermason – 3 250-300 mm vahid. • Durulducu törədicidən sperma alınmamışdan qabaq hazırlanmalıdır. Bunun hazırlayıb qurtarması ilə istifadə olunması arasında 1-2 saatdan artıq vaxt keçməməlidir. • Təmiz kimyəvi kollaya menzurka ilə ölçülüb lazım olan miqdarda distillə edilmiş su tökülür. (350) sonra onun üstə resept əsasında dəqiq çəkilmiş qlikoza, limon turşusunun natrium duzu və başqa lazım olan maddələr tökülür. Sonra steril çubuqla bütün komponentlər həll edələnə qədər qarışdırılır.
Sonra yumurtanı isti su ilə yuyub təmiz dəsmalla silməli sonra isə spirt hopdurulmuş tanponla dezinfeksiya etməli. Yumurtanın sarısı ilə ağını ayırmaq lazımdır. • Yumurta sarısı ehtiyatla durulducunun üzərinə qoyub iki barmaqla basılmalıdır ki, onun sarısı axsın. • Bir yumurtanın sarısı 10-20 ml-dir. • Spermanı duruldan zaman durulducunun və ona toxunan bütün əşyaların temperaturu 30-350 s olmalıdır. Spermanı dondurub uzun müddət saxlamaq lazım gəldikdə yalnız yaxşı keyfiyyətli spermadan istifadə edilməlidir. • Bu zaman duruldulmuş spermanı 5-10 dəqiqə laboratoriya stolun üstündə lakterosid lampa ilə temperaturu 18-200s-yə saxlayıb yaxmaq lazımdır. 1 ml-də 800 mm-dən 1,5 mlyarda qədər olarsa onda onu 1:1 nisbətində durultmaq lazımdır. • Spermatozoidlərin fəallığı 8 baldan artıq olduqda onu- 1:3-ə nisbətində durultmaq olar. • Spermatozoidlərin miqdarı 1 ml-2 milyar olarsa onda onu 1:5-nisbətinədə və hətta artıq olaraq durultmaq olar. • Spermanı xüsusi maye azotda, quru buzda – 79; - 1960-də saxlamaq olur. Spermanı dondurub uzun müddət saxlamaq lazım gəldikdə yalnız yaxşı keyfiyyətli spermadan istifadə edilməlidir.
Spermanın saxlanması • Durultmadan qabaq, qaban və ayğırın sperması bir saat, buğa kələ və qoçun sperması isə 3-saat qədər saxlamaq olar. • Göstərilən müddət keçdikdən sonra bu spermadan istifadə etmək olmaz. Ancaq buğa, kələ və qoçun duruldulmamış spermasını tədricən soyudaraq (00-dən 1-30s-ə qədər) 12 saat müddətində saxlamaq olar. • Durudulmamış qaban və ayğır spermasını uzun müddət saxlamaq olmur. Çünki əlavə cinsiyyət vəzilərinin şirəsi onlarda çox olur. • Buğa spermasını saxlamaq və göndərmək üçün tutumu 2-3 və 6 litr olan pepoplast termosdan istifadə edilir. Durudulmuş spermanı 00-də temperaturada 2 gün saxlamaq olar. • Spermanı sürətlə soyudulması nəinki duruldulmamış, hətta duruldulmuş spermaya da pis təsir göstərir. Ona görə duruldulmuş spermanı 1-2 saat ərzində soyutmaq lazımdır. Spermanı soyudub saxlamaq üçün ən əvvəl duruldub flakona, ampulaya və ya probkaya töküb termosa qoymalı. Duruldulmuş sperma hər tərəfdən düzla əhatə olmalıdır. Flakona su dolmasının qarşısını almaq üçün onları rezin, yaxud polietilen torbada saxlamaq lazımdır. Flakonlar 50-60 dəqiqə otaq temperaturunda saxlandıqdan sonra qutu ilə birlikdə termosa qoyulur. Hər tərəfdən buzla örtülür.