1 / 11

Azərbaycan Dövlət Aqrar Universiteti FAKULTƏ: Aqronomluq

Azərbaycan Dövlət Aqrar Universiteti FAKULTƏ: Aqronomluq KAFEDRA: Ekologiya mühəndisliyi və meşəçilik Mühazirə: Hidrologiya elmi üzrə ümumi məlumat Mühazirəçi: Kənd təsərrüfatı elmləri namizədi, dosent: Mirsalahov Mirnaib Mirqoca oğlu G Ə N C Ə – 2 0 0 9. PLAN.

keagan
Download Presentation

Azərbaycan Dövlət Aqrar Universiteti FAKULTƏ: Aqronomluq

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Dövlət Aqrar Universiteti FAKULTƏ: Aqronomluq KAFEDRA: Ekologiya mühəndisliyi və meşəçilik Mühazirə: Hidrologiya elmi üzrə ümumi məlumat Mühazirəçi:Kənd təsərrüfatı elmləri namizədi, dosent: Mirsalahov Mirnaib Mirqoca oğlu G Ə N C Ə – 2 0 0 9

  2. PLAN • Giriş. Su və xalq təsərrüfatında hidrologiyanın rolu. • Hidrologiya fənni və onun başqa elmlərlə əlaqəsi. • Hidrologiyanın inkişaf tarixi haqqında. Hidrologioya haqda ümumi məlumat

  3. ƏDƏBİYYAT • Ş.Bağırov, H.Aslanov. Hidrologiya, hidrometriya və axımın nizamlanması. Hidrologioya haqda ümumi məlumat

  4. Giriş Su və xalq təsərrüfatında hidrologiyanın rolu. Yer kürəsində baş verən bütün təbii prosesslərdə su xüsusi rol oynayır. İnsan həyatı və onun fəaliyyəti su ilə bağlıdır. Geoloji baxımdan təbiətdə su ən qiymətliu mineral hesab olunur. Yer kürəsində əhalinin kəskin şəkildə artması və istehsal qüvvələrinin sürətlə inkişafı ilə əılaqədar olarq suya tələbat daim artır. Yer kürəsindəki su ehtiyatlarına okean və dənizlərdə, göllərdə, su anbarlarında, çaylarda, yer altında, bataqlıq və buzlaqlarda olan sular daxil edilir. Sovet alimi M.İ.lvoviçin hesablamalarına görə yer kürəsində olan ümumi su ehtiyatı 1,45 mlrd.km3 qədərdir. Ümumi su ehtiyatının əsas hissəsi – 1,37 mlrd.km3 və ya 94,5 %-ə qədəri okean və dəniz suyundan ibarətdir. Yer üzərində olan və illik axımla ifadə edilən çay suyu ehtiyatı orta hesabla 41 min km3 qədərdir. Hazırda çay suyundan istehsal və məişət sahələrində geniş istifadə edilir. Hidrologioya haqda ümumi məlumat

  5. Çay suyu ehtiyatına görə ölkəmiz dünyada qabaqcıl yerlərdən birini tutur. Buna baxmayaraq ölkəmizin bəzi rayonlarında çay suyuna olan tələbat tam ödənilmir. Bu əvvəlcə ayrı-ayrı iqlim, təsərrüfat şəraitinə malik olan və fiziki-coğrafi xüsusiyyətlərinə görə fərqlənən zonalarda çay axımının dəyişkən olması ilə izah olunur. Digər tərəfdən isə bu məsələ bir sıra çayların axım rejimi ilə onlardan olan su tələbatı rejiminin bir-birinə uyğun gəlməməsidir. Azərbaycan keçmiş müttəfiq respublikalar arasında nisbətən az çay suyu ehtiyatına malik olan respublikalara aiddir. Respublikamızın illik çay suyu ehtiyatı dürüstləşdiirlmiş hesablamalara görə 30,9 km3-a bərabərdir. Bunun əsas hissəsi, yəni 70%-ə qədəri respublikanın ərazisinə kənardan daxil olan Kür və Araz çaylarının payına düşür. Əkinçiliyin geniş inkişaf etdiyi respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsullarının 80%-i suvarılan torpaqların payına düşür. X beşilliyin sonunda respublikada suvarılan torpaqların sahəsi 1,2 mln. ha qədər olmuşdur. Hidrologioya haqda ümumi məlumat

  6. Mövcud çay suyu ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə ölkəmizin ərazisində olan çayların axımını paylaşdırmaq və nizamlamaq kimi mühəndis-texniki tədbirləri həyata keçirmək tələb olunur. Axımın paylaşdırılmasında əsas məqsədlərdən biri suyu çox olan çay hövzələrindəki çayların suyunun müəyyən hissəsini azsulu çay hövzələrinə axıtmaqdan ibarətdir. Alim və mütəxəssislərin hesablamalarına görə yaxın gələcəkdə Azərbaycanın ərazisinin bəzi zonalarında da suvarma və digər məqsədlər üçün istifadə ediləcək suyun çatışmazlığı gözləınilir. Bunun qarşısını almaq üçün respublika ərazisində çay axımını nizamlamaq məqsədilə geüniş miqyasda su anbarlarının tikintisi həyata keçirilir. Bundan əlavə Kür çayı hövzəsində əmələ gələcək çatışmazlığı ödəmək üçün onun hövzəsinə Qərbi Gürcüstan və Şimali Qafqaz çaylarından su axıtmaq nəzərdə tutulur. Hidrologioya haqda ümumi məlumat

  7. Hidrologiya fənni və onun başqa elmlərlə əlaqəsi. Yer kürəsindəki suları öyrənən və onlarda baş verən hadisə və prosesləri müəyyən edən elmə hidrologiya deyilir. Hidrologiya geofizika elminin bir hissəsi olmaqla Yerin fiziki xassələrinə aid olan göstəricilərindən birisini – hidrosferanın öyrənir. Yer üzərindəki sularla onun müəyyən dərinliklırində və atmosferdə olan sular arasında qarşılıqlı əlaqə vardır. Bu baxımdan hidrologiya elmi, yer kürəsi və onu əhatə edən atmosferi öyrənən meteorologiya, geologiya, hidrogeologiya, torpaqşünaslıq, geomorfologiya, coğrafiya və digər elm sahələri ilə sıx əlaqədardır. Hidroloji proses hesab edilən yerüstü axımların əmələ gəlməsi atmosfer yağıntılarından, yer və su səthindən olan buxarlanmadan xeyli asılıdır. Bu hidrologiyanın meteorologiya ilıə sıx əlaqəli olduğunu göstərir. Çay axımının əmələ gəlməsinə təsir göstərən amillərdən biri də yeraltı sulardır. Bu suların çay axımını əmələ gətirməklə əlaqədar rolunu müəyyən etmək üçün hidrologiyanın qanunlarından istifadə etmək lazım gəlir. Su obyektlərindən baş verən bir sıra prosesləri izah etmək üçün suyun fiziki və kimyəvi xassələrini də bilmək lazımdır. Hidrologioya haqda ümumi məlumat

  8. Hidrologiyanın hidravlika, hidrodinamika və s. elm sahələri ilə də əlaqəsi vardır. Hidrologiya fənninin öyrəndiyi su obyektlərinə okeanlar, dənizlər, çaylar, göl və su anbarları, bataqlıqlar, yer səthindəkiqar, buz yataqları və s. daxildir. Yer kürəsinin okean və dənizlərindəki sularla onun quru hissəsində olan sular bir-biirndən fərqlənir. Bu isə həmin su obyektlərində gedən proseslərin müxtəlifliyi ilə izah olunur. Bu baxımdan hidrologiya elmi dəniz və okean sularını öyrənən və quru sularını öyrənən hidrologiya kimi iki hissəyə bölünür. Öyrənilən su obyektlərinin müxtəlifliyindən asılı olaraq quru sularının hidrologiyası da öz növbəsində çayların, göllərin, bataqlıqların, buzlaqların hidrologiyası kimi ayrı-ayrı sahələrə bölünür. Su obyektlərinin öyrənməı üsullarından asılı olaraq quru sularının hidrologiyası hidroqrafiya, hidrometriya, ümumi hidrologiya, mühəndisi hidrologiya kimi hissələrə bölünür. Hidrologioya haqda ümumi məlumat

  9. Hidroqrafiyada su obyektlərinin ümumi təsviri verilir. Onların mənşəyi, coğrafi vəziyyəti, morfologiyası və s. öyrənilir. Hidrometriyada su obyektlərini səciyyələndirən hidroloji kəmiyyətlərin ölçülməsi və müşahidə olunması üsullarından bəhs olunur. Ümumi hidrologiyada hidroloji hadisələrin fiziki mahiyyəti və əmələgəlmə qanunauyğunluqları öyrənilir. Burada hidroloji qanunauyğunluqların təzahürü hidrologiyanın digər bölmələrinə əsaslanaraq şərh olunur. Mühəndisi hidrologiyada hidroloji hesablama və proqnozlar üçün üsullar hazırlanır. Hidrologiyanın və müvafiq hidroloji hesablamaların su təsərrüfatı tikintisi işlərində böyük əhəmiyyəti vardır. Suvarma kanallarının, su anbarlarının, körpülərin və bir sıra başqa hidrotexniki, meliorativ tikintilərin layihələndirilməsində su obyektlərinin hidroloji rejiminə dair mə\lumatlardan dair məlumatlardan geniş istifadə edilir. Hidrologioya haqda ümumi məlumat

  10. Hidrologiyanın inkişaf tarixi haqqında. Hidrologiya sərbəst bir elm kimi XIX əısrin axırlarında meydana çıxmışdır. Ancaq suvarma və su nəqliyyatı ilə əlaqədar hələ bizim eradan əvvəl Zərəfşan, Amu-Dərya, Murqab çayları üzərində hidrometrik ölçmə işləri aparılmıəşdır. Hidrologiya elminin inkişafında rus alimlərindən A.İ.Voeykovun, V.M.loxtinin, H.Y.Dolqovun və başqalarının rolu böyükdür. Görkəmli rus iqlimşünası və coğrafiyaşünası A.İ.Voeykov 1884-cü ildə nəşr etdirdiyi “Yer kürəsinin və Rusiyanın iqlimi” kitabında, məşhur hidrotexnik V.M.Loxtinin 1897-ci ildə çap etdirdiyi “Çay məcrsının mexanizmi” adlı elmi əsərlərdə çayların iqlimdən asılı olaraq təsnifatı və çay məcrasının hidrologiyası geniş şərh edilmişdir. Azərbaycan alimlərindən S.H.Rüstəmovun, S.A.Axundovun, N.A.Vəliyevin, B.S.Cəfərovun və başqalarının respublikamızda apardıqları hidroloji tədqiqat işlərinin nəticələri böyük əhəmiyyət kəsb edir. Su ehtiyatlarının öyrənilməsi işində 1919-cu ildə yaradılmış Dövlət Hidrologiya İnstitutunun böyük rolu olmuşdur. Hidrologioya haqda ümumi məlumat

  11. Diqqətinizə görə təşəkkür edirik! Hidrologioya haqda ümumi məlumat

More Related