350 likes | 527 Views
Üzümdə boz çürümə - Botrytis cinerea Pers. Təsnifatda yeri : Fungi və ya Mycota aləmi , Anamorfic fungi şöbəsi , Hyphomycetes sinfi , Hyphomycetales sırası , Dematiaceae fəsiləsi , Botrytis cinsi Bioloji qrupu : Fakültətiv parazit.
E N D
Üzümdə boz çürümə - Botrytis cinerea Pers. Təsnifatdayeri: Fungi vəyaMycotaaləmi, Anamorfic fungi şöbəsi, Hyphomycetessinfi, Hyphomycetalessırası, Dematiaceaefəsiləsi, Botrytis cinsi Biolojiqrupu: Fakültətiv parazit
Patogenin morfologiya və biologiyası. Üzüm tənəyinin bütün yerüstü orqanları - hamaşçiçək, gilələr, yarpaq və zoğlar yoluxurlar. İsti və rütubətli hava şəraitində üzümün çiçəkləmə dövrü xəstəlik erkəkcik və dişiciklərdə inkişaf edir. Sirayətlənmiş çiçəklər quruyur və tökülürlər. Gilələrin yetişmə dövrü onlar boz çürümə ilə sirayətlənmə nəticəsində boz kifəoxşar örtüklə örtülür, yumşalır, sellüloza pərdəsi lətdən ayrılır. Dadı turş olur, kif iyi verir, şirə hazırlanması üçün yararsızlaşır. Belə məhsuldan hazırlanan şərab da pis iyli olur, rəngi qonurlaşır və tezliklə turşuyur. Qırmızı üzüm sortlarında rəngverən maddələr dağılırlar. Yetkin gilələrin yoluxmasından sonra əgər quru və isti hava başlayırsa, sirayətlənmiş gilələr kişmişləşir. Onların şirəsi spesifik iy verir, şəkərliliyi yüksəlir. Bu zaman boz çürümə xəstəliyi "xeyirxah çürümə" tipi üzrə inkişaf edir. Belə məhsulun şirəsindən yüksək keyfiyyətli şərab alınır.
Üzümdə antraknoz - Gloeosporiumampelophagum(Pass.) Sacc. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Coelomycetes sinfi, Melanconiales sırası, Melanconiaceae fəsiləsi, Gloeosporium cinsi Biolojiqrupu: Hemibiotrof
Patogenin morfologiya və biologiyası. Xəstəliyin əsas mənbəyi dağ, dağətəyi ərazidə yerləşən üzümlüklərdir. Çünki yeraltı suların torpağın üst laylarına yaxınlığı, tez-tez yağışların yağması, çən-dumanın olması bu xəstəliyin inkişafı üçüm uyğun şərait yaradır (H.İbrahimov və başqaları, 1989). İlkin olaraq üzüm tənəyinin yarpaqlan xəstəliklə sirayətlənirlər. Yarpaqlar əmələ gəldikdən az sonra onlarda qırmızıtəhər və ya tünd qonur haşiyəli parlaq-boz ləkələr formalaşırlar. Əvvəlcə ləkələr kiçik olur, sonra ölçüləri böyüyür. Yarpaq ayəsinin toxumaları dağılır, onlar tökülürlər. Bu əlamət xəstəliyin diaqnostikasında mühüm amildir. Sirayətlənmiş yarpaqlar sanki dəlik-deşikdir. Ləkələr çox zaman damarları tutur, nəticədə qida maddələrinin ötürülməsi pisləşir, yarpaqlar quruyur və tökülürlər. Zoğlar yalnız cavan yaşlarında sirayətlənirlər. Əvvəlcə onların üzərində bənövşəyi çalarlı kiçik qonur ləkələr əmələ gəlir. Onlar qara və ya al-qırmızı haşiyə ilə əhatə olunurlar. Zoğlar böyüdükcə ləkələr artır, uzanır, uzunsov formalı olur.
Üzümdə antraknoz 1 - sirayətlənmiş üzüm və zoğu 2 - sirayətlənmiş gilə və yarpaq 3 - xəstəlik törədicinin konidi lojası
Üzümdə ləkəli nekroz- RhacodtellavitisSchier. Təsnifatdayeri: Fungi vəyaMycotaaləmi, Anamorfic fungi şöbəsi, Hyphomycetessinfi, Hyphomycetalessırası, Dematiaceaefəsiləsi, Rhacodtellacinsi Biolojiqrupu: Fakültətiv parazit
Patogenin morfologiya və biologiyası. Ləkəli nekroz xəstəliyi üzüm tənəyinin yerüstü odunlaşmış orqanlarında zoğlarda, ştambda, bar manqalarında, qollarında əmələ gəlir. Yoluxmuş orqanların qabığının altında sarı-qəhvəyi. bəzən demək olar ki, qara ləkələr əmələ gəlir. Belə ləkələrin ölçüsü 1 -2 mm-dən 20-30 mm-ə qədərdir. Nekrozlu ləkələr yalnız qabıq soyulduqdan sonra görünür, çünki qabığın üstündə elə bir dəyişiklik hiss edilmir. Xəstəlik güclü inkişaf edən zaman nekrozlu ləkələr qovuşur, iri xətlər əmələ gətirir. Çox vaxt bu şaxta zədələrinə bənzəyir. Yoluxmuş toxumalarda xarakterik anatomik dəyişmələr baş verir. P.M.Şterenberqin (1963) tədqiqatlarına görə oduncaq və floemanın yoluxmuş toxumları qəhvəyi hummlərlə dolur. Ən çoxu yumşaq floema hüceyrələri yoluxurlar. Onlar qonurlaşır və dağılırlar, formasız kütləyə çevrilirlər. Bərk floemanın lifləri bir az artıq qalır. Ksilemada da belə dəyişikliklər baş verir.
Üzümdə bakterial xərçəng - Agrobacteriumtumefaciens(Smith et Townsend) Conn. Təsnifatdayeri: Qrammənfiaerobçuğuqlarqrupu, Rhizobiaceaefəsiləsi, Agrobacteriumcinsi Müasiradı: Rhizobiumradiobacter Biolojiqrupu: Hemibiotrof
Patogenin morfologiya və biologiyası. Xəstəlik üzüm tənə-yinin kök boğazında, calaq vurulan hissədə, gövdədə fırlar, şişlər formasında əmələ gəlir. Fırların əmələ gəlməsinin ilkin mərhələ-sində onlar ağ və ya açıq-qəhvəyi rənglidir. Sonra bitkinin periferik hüceyrələrinin dağılması və məhv olması ilə əlaqədar fırlar ölçücə böyüyür və tünd-qəhvəyi, qara rəng alır. Müşahidələrə görə, fırlar ya dağılırlar, ya da odunlaşaraq bərkiyirlər.
Üzümdə bakterial xərçəng 1- kök boğazında şişlər
Üzümdə ağ çürümə - Coniothiriumdiplodiella • (Speg.) Sacc. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi, Euascomycetes sinfi, Helotiales sırası, Sclerotiniaceae fəsiləsi, Coniothirium cinsi Biolojiqrupu: Hemibiotrof
Patogenin morfologiya və biologiyası. Xəstəlik gilələr üçün təhlükəli xarakter daşıyır. Adətən gilələrdə patogen yayın ikinci yarısında inkişaf etməyə başlayır. Xəstəliyin inkişafına gilə və zoğların dolu ilə zədələnməsi stimuləedici təsir göstərir. Günəş yanıqlarından sonra adətən gilələrdə xəstəlik kütləvi olur. Patogen üçün əlverişli şəraitdə gilə və zoğlar mexaniki zədələr olmadan da yoluxa bilirlər. Sirayətlənmiş salxımlarda əvvəlcə sarı, sonra qonur, bənövşəyi haşiyəli ləkələr müşahidə edilir. Yoluxmuş gilələr qonurlaşır, bişmiş görkəm alır, sonra büzüşür və quruyurlar. Xəstəlik tək-tək gilələrdən başlayır, nəticədə törədici meyvəayaqcığından darağa, oradan isə başqa meyvəayaqcığı və gilələrə keçir. Tezliklə salxımda bütün gilələr yoluxurlar. Sirayətlənmiş gilə və daraqların səthində çoxsaylı çirkli, şarşəkilli çıxıntılar əmələ gəlir. Yoluxmuş gilələr solğun, çirkli yaşıl rəng alırlar. Xəstəliyin sürətli inkişafı nəticəsində yarpaqlar da çirkli-yaşıl rəng alır, quruyur və tənəkdən asılı qalırlar.