1 / 20

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu : Qarğıdalı bitkisinin morfoloji quruluşu yarımnövləri və sortları Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S. BİTKİLƏRİN TƏSNİFAT VAHİDLƏRİ AL Ə M – REGNUM ŞÖBƏ - DİVİSİO

Download Presentation

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu: Qarğıdalı bitkisinin morfoloji quruluşu yarımnövləri və sortları Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.

  2. BİTKİLƏRİN TƏSNİFAT VAHİDLƏRİ ALƏM – REGNUM ŞÖBƏ - DİVİSİO SİNİF – CLASSİS SIRA - ORDO FƏSİLƏ – FAMİLİA CİNS – GENUS NÖV – SPECİES YARIMNÖV – SUBSPECİES NÖVMÜXTƏLİFLİYİ – VARİETİS SORT - CULTİVAR

  3. Q A R Ğ I D A L I - Z E A M A У S К У К У Р У З А M A İ Z E

  4. QARĞIDALININ MORFOLOJİ QURULUŞU Qarğıdalı Zea cinsinin mays növünə daxildir (Zeamays). Bitkisinin quruluşuna görə həm əsas taxıllardan və həm də özünün daxil olduğu darıya bənzər taxıllardan fərqlənir. Cücərtisi digər taxılların cücərtisinə nisbətən iri, açıq yaşıl rəngli olur. Kök sistemi saçaqlı olmasına baxmayaraq torpağın dərinliyinə 2-3 metr, ətrafa isə 1,2-1,5 metr gedə bilir. Kök kütləsinin 60%-ə qədəri əkin qatında yerləşir. Çox hallarda gövdənin yerüstü hissəsinin torpaq səthinə yaxın olan 2-3-4 buğumundan hava kökləri əmələ gəlir. Hava kökləri bitkini əyilməkdən və yerə yatmaqdan mühafizə etdiyi üçün dayaq kökləri də adlandırılır. Qarğıdalının gövdəsi düz, yoğun, içərisi özəklə dolu, səthi tüksüz və parlaqdır. Sortlarından və becərilmə şəraitindən asılı olaraq gövdənin hündürlüyü 0,6-5m, diametri 2-7 sm, buğumaralarının sayı 8-30-a qədərdir. Yarpağının ayası iri, enli-lansetvari, səthi tüklü, kənarı isə kirpiklidir. Qulaqcıqları olmur, dilçəsi qısa və parlaqdır. Bir bitkidə 8-45 yarpaq əmələ gəlir. Qarğıdalı iki formalı çiçək qrupu əmələ gətirir. Onlardan biri gövdə və budaqların nəhayətində üzərində erkəkciklər yerləşən süpürgə, digəri isə yarpaq qoltuqlarındakı qıçanın üzərindəki kiçik yuvalarda yerləşən dişicik çiçəklərindən ibarətdir. Bu xüsusiyyətinə görə qarğıdalı birevli, ayrı-ayrı cinsli bitki adlanır.

  5. Süpürgəsinin yan budaqları zəif şaxələnir. Erkəkcik sünbülcükləri iki-iki, üç-üç yerləşməklə budaqlarda iki cərgə, əsas oxda bir neçə cərgədə düzülürlər. Sünbülcüyü ikiçiçəkli, sünbülcük pulcuqları iri, enli - oval formalı, sivri nəhayətli, uzununa 3-9 damarlıdır. Çiçək pulcuqları nazik və zərifdir. Qıcası müxtəlif irilikdə, silindr, yaxud zəif konus formalı, üzəri bir neçə təbəqə qabıqla örtülüdür. Bu qabıqlar yalnız qını inkişaf etmiş yarpaqlardan ibarətdir. Qıcanın oxu üzərindəki yuvalarda sünbülcüklər cüt-cüt düzüldüyü üçün cərgələr həmişə cüt olur. Dişiciyin də sünbülcüyündə iki çiçək əmələ gəlir. Lakin onlardan yalnız biri inkişaf edir. Sünbülcük pulcuqları xırda, ətli, çiçək pulcuqları nazik və zərifdir. Dişiciyin sütuncuğu saçaq adlanır. Saçaqlar qıcanın aşağı hissəsində uzun olur, yuxarıya doğru getdikcə qısalırlar. Çiçəkləmə zamanı bütün saçaqlar qıcanın nəhayətindən xaricə çıxır (tozcuq qəbul etmək üçün). Qarğıdalı çarpaz, tozlanan bitkidir. Dənləri qıcanın üzərində 4-34 cərgədə düzülür, müxtəlif formalı (yuvarlaq, uzunsov-prizma və paz şəkilli) və müxtəlif irilikdə olur. Qarğıdalının çiçək qruplarının, cinsi orqanlarının və dənlərin quruluşunu öyrənmək üçün bitki nümunələri qıcanın və süpürgənin çiçəkləmə, dənin tam yetişmə fazasında götürülməlidir.

  6. QARĞIDALININ (Zeamays)YARIMNÖVLƏRI 1. Adi və ya bərkdənli qarğıdalı...Z.m. indurata 2. Dişşəkilli ... Z.m. indentata 3. Nişastalı ... Z.m. amylaceae 4. Partlayan... Z.m. everte 5. Şəkərli ... Z.m. saccharata 6. Örtüklü ... Z.m. tunicata 7. Mumvarı ... Z.m. ceratina 8. Şəkərli-nişastalı ... Z.m. amylo-saccharata

  7. Adi, yaxud bərkdənli qarğıdalı – dənləri iri və xırda, yuvarlaq, səthi hamar, ön və arxa tərəfi basıq, təpəciyi dairəvidir. Nişasta endospermin yalnız mərkəzində toplanır. Gövdəsi hündürboylu, qüvvəli budaqlanandır. Tez yetişən sortlarının qıcası və dənləri xırdadır. Dişşəkilli qarğıdalı - dənləri iri, uzunsov-prizmaşəkilli, hamardır. Yarımnöv əlaməti olaraq dənin təpəciyi çuxurlu, arxa (kürək) tərəfi uzununa iki qabırğalıdır. Buynuzşəkilli maddə endospermin yan tərəflərində, nişasta isə təpəciyində və mərkəz hissəsində toplanır. Bitkisi hündürboylu, yarpaqları sayca çox və iridir. Yüksək yaşıl kütlə və dən məhsulu verir. Nişastalı qarğıdalı - dənləri iridir, quruluşuna görə adi qarğıdalıya oxşardır. Ancaq endospermi nişasta ilə dolur. Buynuzşəkilli maddə ya heç olmur, yaxud da toxum qılafının altında nazik pərdə təşkil edir. Şəkərli qarğıdalı – dəni iri və orta irilikdə, səthi və təpəciyi qırışıqlıdır. Dənin en kəsiyi kəskin parlaqlığa malikdir, normal yetişdikdə tərkibində nişasta olmur. Bitkisi ortaboylu, nisbətən qüvvəli budaqlanandır. Partlayan qarğıdalı - dəni xırda, yuvarlaq, zəif basıq, təpəciyi dairəvi, yaxud pazşəkilli, sivriləşmiş kimidir. Dənin səthi hamar, yaxud zəif qırışıqlıdır. Endospermində buynuzşəkilli maddə kəskin inkişaf edir, nişasta olmur, olsa da yalnız rüşeymində xırda ləkə kimi toplanır. Bitkisi alçaqboylu, qıcası xırdadır.

  8. Qarğıdalının yarımnövlərinin mühüm əlamətləri

  9. Qarğıdalının növmüxtəlifliyinin təyini • Qarğıdalının növmüxtəlifliyi dənlərinin və qıcasının oxunun (pulcuqlarını) rənginə görə təyin edilir. • Dənlərinin rəngi – qarğıdalıda dənlərin rəngi əsas növmüxtəlifliyi əlamətlərindən hesab edilməklə çox müxtəlif (ağ, sarı, qırmızı, boz, darçını, bənövşəyi, qara və s.) hətta ala-bəzək də olur. • Qıcasının oxunun rəngi – oxun rəngi pulcuqların (sünbülcük və çiçək pulcuqlarının) rəngindən asılı olaraq ağ, qırmızı, qırmızımtıl və çəhrayı olur. Ancaq növmüxtəlifliklərində qırmızımtıl və çəhrayı rənglilər də qırmızı hesab edilir. • Qarğıdalının sortları • 2010-cu il dövlət reyestrinə görə Azərbaycanda qarğıdalının 6 sortu rayonlaşdırılmışdır. 1.Yaxşılaşdırılmış yerli Zaqatala (1962-ci ildən) orta gecyetişən. 2. Azərbaycan-3 hibridi (1973-cü ildən) gecyetişən. 3. Zaqatala-514 (1998-ci ildən) orta gecyetişən. 4. Zaqatala-68 (2001-ci ildən) orta tezyetişən. 5. “Kəpəz” (2005-ci ildən) gecyetişən. 6.Zaqatala-420 (2009-cu ildən) orta tezyetişən.

  10. Qarğıdalının hava kökləri

  11. Qarğıdalı bitkisinin yerüstü hissəsi, hava və ya dayaq kökləri

  12. Qarğıdalı bitkisinin hissələri: 1 – süpürgə, 2 – yarpaq, 3 – dişicik, 4 – qıca, 5 – qıcanın yarpaq bükümləri, 6 – aşağı inkişaf etməmiş qıca, 7 – xırda köklər, 8 – hava kökləri, 9 – kök sistemi

  13. Qarğıdalı dənlərinin xarici görünüşü (yuxarı cərgədə) və en kəsikləri (aşağı cərgədə): 1 – şəkərli, 2 – partlayan, 3 – nişastalı, 4 – adi və ya bərkdənli, 5 – dişşəkilli qarğıdalı

  14. Qarğıdalı yarımnövlərinin dənlərinin kəsiyi: 1 – nişastalı, 2 – dişşəkilli, 3 – adi və ya bərkdənli, 4 – partlayan, 5 – şəkərli

  15. Qarğıdalı – 1, 2 – bitki cücərti və çiçəkləmə fazasında; 3, 4 – sünbülcüklər və erkək çiçəklər (hamaşçiçək); 5, 6 – sünbülcük və dişi çiçək.

  16. Qarğıdalının erkəkcik çiçəyinin sünbülcüyü: a – yuxarı açılmamış çiçək, б - aşağı açılmış çiçəyin tozcuğu, в– sünbülcük pulcuğu, г – daxili çiçək pulcuğu

  17. Qarğıdalının yarımnövləri: 1 – dişşəkilli, 2 – 4 adi və ya bərkdənli, 3 – nişastalı, 5 – şəkərli, 6 – partlayan

  18. Qarğıdalınınyarımnövləri:1 – dişvari; 2 –bərkdənli; 3 – nişastalı;4 – şəkərli; 5 – partlayan.

  19. DİQQƏTİNİZƏ GÖRƏ SAĞ OLUN!

More Related