1 / 31

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. MÖVZU:TOXUMÇULUQ VƏ ONUN TƏŞKİLİ Təqdimatçı:dos.Firudin Qurbanov. MÖVZUNUN PLANI:. Toxumçuluğun məqsəd və vəzifələri Toxumçuluğun obyektləri və subyektləri Toxumçuluğun əsas prinsipləri Toxumçuluqda nəzarət

feryal
Download Presentation

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÖVZU:TOXUMÇULUQ VƏ ONUN TƏŞKİLİ Təqdimatçı:dos.Firudin Qurbanov

  2. MÖVZUNUN PLANI: • Toxumçuluğun məqsəd və vəzifələri • Toxumçuluğun obyektləri və subyektləri • Toxumçuluğun əsas prinsipləri • Toxumçuluqda nəzarət • Toxumçuluğun nəzəri əsasları • Toxumçuluğun sistemi • Sort dəyişmə və sort təzələmə

  3. Toxumçuluq Kənd təsərrüfatı, meşə, dərman və bəzək bitkilərinin çoxaldılması məqsədilə istifadə edilən toxumların istehsalı, tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlər sistemidir.

  4. Azərbaycanın ümummilli lideri Heydər Əliyev toxumçuluq sahəsində

  5. Toxum haqqında ümumi məlumat Toxum – çiçəkli bitkilərdə çoxalma orqanı hesab olunur. Toxumun içərisində rüşeym və onun ilk qidasını təşkil edən ehtiyat qida maddəsi var. Toxumun rüşeymi 3 hissədən – tumurcuq, kökcük və ləpədən ibarətdir. Tumurcuqdan – gələcək gövdə - yarpaq, kökcükdən – kök sistemi, ləpədən ilk yarpaqlar əmələ gəlir. Toxumçuluq - sort toxumların sort təmizliyini, bioloji və məhsuldarlıq keyfiyyətini saxlamaqla kütləvi çoxaldılması ilə məşğul olan k/t-ı istehsalatında xüsusi bir sahədir.

  6. Toxum Sortun təkrar istehsalı üçün istifadə edilən bitkilərin generativ (toxum) və vegetativ (çilik, ting, şitil, soğanaq, kök yumruları və s.) orqanıdır. • «orijinal toxum» — ilkin toxumçuluq mərhələlərində bitki nəsillərinin seleksiya yolu originatorun nəzarəti altında ilə seçilməsi və qiymətləndirilməsi nəticəsində alınmış toxum; • «super elit toxum» — orijinal toxumun çoxaldılmasından alınmış toxum; • «elit toxum» — super elit toxumun çoxaldılmasından alınmış toxum; • «reproduksiyalı toxum» — elit toxumun ardıcıl çoxaldılmasından alınmış toxum;

  7. Toxumçuluğun əsas prinsipləri • sortun səciyyəvi xüsusiyyətlərini təyin etməyə imkan verən fərqlilik, oxşarlıq, sabitlik və digər əlamətlərin qorunub saxlanması • toxum istehsalında təsdiq edilmiş becərilmə sxemlərinə riayət olunması; • istifadə olunan sort üzərində müəllifin və patent sahibinin hüquqlarının qorunması; • istifadə olunan toxumların sertifikatlaşdırılmasının məcburiliyi; • sortun rayonlaşma qaydalarına əməl edilməsi

  8. Toxumçuluq subyektlərinin vəzifələri • toxumçuluğa dair Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etmək; • toxumçuluğun əsas prinsiplərinə riayət etmək; • patent sahibi ilə müəyyən edilmiş qaydada bitki sortlarının toxumlarından istifadəyə görə haqq ödənilməsini nəzərdə tutan lisenziya müqaviləsi bağlamaq; • ticarət dövriyyəsinə daxil edilən toxumların sənədlərində göstərilmiş sortluq və səpin keyfiyyətlərinə təminat vermək; • dövlət standartları ilə müəyyən edilmiş müddətdə toxum nümunələrini saxlamaq; • hər bir sort üzrə, müəyyən edilmiş formada, toxumların sortluq və səpin keyfiyyətlərinin sənədləşdirilməsini aparmaq və onları bir il müddətində saxlamaq; • bitki karantini tələblərinə əməl etmək; • müəyyən edilmiş qaydada uçot-hesabat işləri aparmaq və müvafiq orqanlara məlu-mat vermək; • qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

  9. Seleksiya nailiyyətləri haqqında Azərbaycan Respublikasının Qanunu Toxumçuluq haqqında Azərbaycan Respublikasının Qanunu Taxıl haqqında Azərbaycan Respublikasının Qanunu

  10. Qanunvericilik və normativ hüquqi aktlar • Toxumçuluq haqqındaAzərbaycan Respublikasinin qanunu - N: 257-1Q, 11 mart 1997-ci il • Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında Nazirlər Kabinetinin qərarı - № 13919/06/2008-ci il • Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə Nazirlər Kobinetinin qərarı - № 22622/09/2008 il • Ümumilikdə - 12 adda hüquqi normativ aktlar

  11. Toxumçuluq müəssisələri • Dövlət toxumçuluq müəssisələri • Qeyri-dövlət toxumçuluq müəssisələri • Fərdi toxumçuluq fəaliyyəti

  12. Dövlət toxumçuluq xidmətinin hüquqları • toxumçuluq subyektlərinin müvafiq qanunvericiliyə riayət etmələrinə nəzarətihəyata keçirmək; • toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatlarıvermək; • sortluq və səpin keyfiyyətlərini təyin etmək üçün toxum və bitki mənşəli məhsullardan nümunələr götürmək və onları təhlil etmək; • dövlət standartlarına, texniki şərtlərə uyğun gəlməyən və keyfiyyət sənədləri olmayan toxumları çıxdaş etmək və onların toxumluq məqsədilə satılmasını qadağan etmək; • toxumçuluq subyektlərini attestasiyadan keçirmək və qeydiyyata almaq; • qanunvericilikdə nəzərdə tutulmuş qaydada toxumçuluq subyektlərindən sortun patent sahibi ilə lisenziya müqaviləsi bağlanmasını tələb etmək;

  13. Dövlət toxumçuluq xidmətinin hüquqları • toxumçuluq haqqında qanunvericiliyin pozulması barədə akt və təqdimatları təqsirli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün prokurorluğa, məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanlarına göndərmək; • toxum istehsalı üzrə əlverişli şəraiti olan ərazilər müəyyən etmək; • toxumçuluq sahəsində beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının maraqlarını müdafiə etmək; • müəyyən edilmiş qaydada toxumçuluq üzrə müəssisələr, idarələr və təşkilatlar yaradılması üçün təkliflər vermək; • aprobatorların hazırlanmasını, onların ixtisasının artırılmasını və attestasiya edilməsini təşkil etmək; • dövlət reyestrinə daxil edilmiş sortların orijinal, super elit, elit və reproduksiyalı toxumları ilə qrunt nəzarəti aparmaq; • ölkə ərazisində seleksiya nailiyyətlərinin dövlət reyestrini aparmaq; • qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

  14. Dövlət toxumçuluq xidmətinin vəzifələri • toxumçuluq subyektlərinin fəaliyyətini əlaqələndirmək; • tələb və təkliflər nəzərə alınmaqla, dövlət yerli və sığorta toxum fondlarının yaradılması üçün təkliflər hazırlamaq; • toxumçuluğa dair standartlar, normativlər, əsasnamələr və təlimatlar hazırlamaq, təsdiq etmək və ya onları səlahiyyətli orqanların təsdiqinə vermək; • toxumçuluqda tətbiq edilən rəsmi dövlət sənədlərinin, kataloqların, sertifikatların, uçot-hesabat formalarının nəşrini təşkil etmək; • toxumçuluq üzrə sərgilər və hərraclar keçirmək; • toxumçuluq sahəsində beynəlxalq əməkdaşlığın və kooperasiyanın inkişaf etdirilməsini əlaqələndirmək; • toxum bazarının konyukturunu öyrənmək və təhlil etmək; • toxumçuluq ixtisası üzrə mütəxəssislər hazırlanmasını təşkil etmək; • toxum istehsalçılarını standartlar, təlimatlar və digər normativ sənədlərlə təmin etmək; • qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

  15. Toxumların sortluq və səpin keyfiyyətlərinin sertifikatlaşdırılması • Toxumların sortluq və səpin keyfiyyətlərinin normaları müvafiq dövlət standartları ilə müəyyən edilir. • Toxumluq əkinlərin tarla müayinəsi, aprobasiyası, toxum nümunələrinin təhlili müvafiq qaydada təsdiq edilmiş, təlimatlar əsasında dövlət toxumçuluq xidməti tərəfindən aparılır. • Toxumların laboratoriya təhlili dövlət toxumçuluq xidmətinin laboratoriyalarında aparılır. • Dövlət standartlarının təbblərinə cavab verən toxumlara dövlət toxumçuluq xidməti tərəfindən sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları verilir. • Dövlət standartlarına cavab verməyən toxumlara təhlillərin nəticəsini əks etdirən vəsiqələr verilir.

  16. Aşağıdakı toxumların ticarət dövriyyəsinə daxil edilməsinə yol verilmir: • rayonlaşmamış sortların; • sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olmayan toxumların; • qablaşdırılmamış və etiketləşdirilməmiş toxumların; • sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatının müddəti qurtarmış toxumların; • sort qarışığı olan toxumların.

  17. Toxumçuluqda problemlər • Sortlar və onların toxumları üzərində nəzarət • Beynəlxalq təcrübəyə əsaslanmayan seleksiya fəaliyyəti • Toxum istehsalı və tədarükündə pərakəndəlik • Toxum bazarı və dövriyyəsində olan problemlər

  18. Sortlar və onların toxumları üzərində nəzarət • Real becərilən kənd təsərrüfatı bitkilərin sortları haqqında statistikanın aparılmaması • Toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları ilə təmin olunmaması • Toxumçuluq subyektləri arasında əlaqələrin zəifliyi • Toxum istehsalçıları standartlar, təlimatlar və digər normativ sənədlərlə tam olaraq təmin olunmurlar • Seleksiya nailiyətlərinin yoxlanılması və qorunması üzrə dövlət komissiyasının nəzarət mexanizminin tam gücü ilə işləməməsi • Toxumluq sahələrin qiymətləndirilməsi və Aprobasiya işinin təşkilinin yüksək səviyyədə olmamsı

  19. Sort qarşısında qoyulan tələblər İldən asılı olmayaraq yüksək məhsuldarlıq, Əlverişsiz şəraitə davamlılıq, Xəstəlik və zərərvericilərə davamlılıq, Mexanikləşmiş becərməyə uyğun olmalı, Məhsulu yüksək keyfiyyətili olmalı.

  20. Toxum istehsalı və tədarükündə pərakəndəlik • Toxum istehsalı ilə məşğul olan təsərrüfatların maddi-texniki bazasının zəifliyi • Toxumların saxlanılmasının təşkilində baş verən çatışmamazlıqlar • Özəl toxum istehsalçılarının işinin qeyri mütəşəkilliyi • Superelit və elit toxum istehsalı üçün palanlaşdırmanın zəif aparılması • Toxum istehsalı istiqamətində beynəlxalq layihələrin yetərincə olmaması

  21. Toxum bazarı və dövriyyəsində olan problemlər • Xaotik toxum bazarı strukturu • Bazar iqtisadiyyatı şəraitinə uyğun olan bazar zəncirinin olmaması • Sertifikatlaşdırma sisteminin omaması nəticəsində alıcılar tərəfindən yaranan inamsızlıq • Toxum satışı ilə məşğul olan özəl şirkətlərin işinin pərakəndəliyi

  22. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət • sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifıkatı olmayan toxumların idxalı, ixracı və ticarət dövriyyəsinə daxil edilməsi; • toxum partiyasının keyfıyyətinin qiymətləndirilməsi qaydalarına əməl edilməməsi, yaxud keyfiyyət göstəricilərinin bilərəkdən təhrif olunması; • lisenziya müqaviləsi bağlanmadan bitki sortlarının toxumlarından istifadə edilməsi; • toxumçuluğun əsas prinsiplərinə riayət edilməməsi; • toxumçuluqda tətbiq edilən uçot-hesabat sənədlərinin aparılmasında saxtakarlığa yol verilməsi və qanunvericiliyin pozulmasına yönəldilmiş digər hallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyətə səbəb olur.

  23. Toxum sektorunun inkişafı üçün tədbirlər sistemi • Toxumçuluga kömək və dəstək siyasətinin inkişafı • Toxum sahələrində nəzarət sisteminin inkşaf etdirilməsi • Azad bazar strukturunun yaradılması • Beynəlxalq qəbul olunmuş standartlar və sertifikatlaşdırma sisteminin (OECD/İSTA) tətbiqi • Özəl toxumçuluq sisteminin inkişafı • Toxumçuluqla məşğul olan kadrların bilik və bacarıqlarının artırılması

  24. Toxumun quruluşu Mətbəx çuxunduru Sorqo

  25. Toxumçuluğun vəzifəsi: seleksiyanın nailiyyətlərini tez realizə eləmək, istehsalatda becərilən yüksək keyfiyyətli sortların toxumları ilə bütün təsərrüfatları təmin etməkdir. Toxumçuluğun nəzəri əsasını seleksiya və genetika təşkil edir. Onun əsas obyekti sort və heterozisin hibrididir.

  26. Toxumçuluğu düzgün təşkil etmədən: k/t-ı bitkilərinin məhsuldarlığını lazımı səviyyəyə qaldırmaq olmaz. yaxşı toxum yüksək məhsulun rəhnidir. toxumlar keyfiyyətli olduqda, onlardan inkişaf edən bitkilər qüvvətli və çox məhsuldar olur. səpin üçün ayrılan toxumlar cins, dolu, sağlam və təmiz olmalıdır.

  27. Taxıl bitkiləri toxumçuluğunun aqrotexnikasına olan tələbat Bioloji zibillənmə və onunla mübarizə üsulları Toxumun qəbulu Suruqcun açılması Toxumların dərmanlanması Toxumların səpin üçün buraxılması Səpinə hazırlıq və səpin Əkinlərə qulluq Məhsulun yığılması Anbarın toxum qəbulu üçün hazırlanması Toxumların təmizlənməsi Toxumların qablaşdırılması və təhvili

  28. Toxumçuluqda nəzarət a) Sort nəzarəti – bitki kök üzərində aparılır. Buna aprobasiya deyilir. b) Toxum nəzarəti – səpin keyfiyyəti üzərində olan nəzarətdir.

  29. TOXUMÇULUQ SİSTEMİ Seleksiya – sortun alınması. Sortsınağı və rayonlaşdırılması – dəqiq sınaqdan keçirilməsi, qiymətləndirilməsi və rayonlaşdırılması. Toxumçuluq – sort və məhsuldarlıq keyfiyyətini saxlamaqla kütləvi çoxaltma. Elit və 1-ci reproduksiya toxumla təmin etmə. Sort toxumaların tədarükü və tətbiqi – tədarük, saxlama, realizə etmək. Sort və toxum nəzarəti – sort və toxum göstəricilərinin yoxlanması.

  30. Toxumçuluq sxemi: Sort əkinlərin və pitomniklərin qarşılıqlı əlaqəsi əsas götürülür. Sort elmi tədqiqatda alınır – super elit, elit toxumçuluğu təmin edilir. Elmi-tədqiqat, T.T.T.-da – elit, 1-ci reproduksiya alınır. Təsərrüfatlarda artırılır, çoxaldılır.

  31. Sort dəyişmə və sort təzələmə S o r t d ə y i ş m ə - istehsalatda köhnədən becərilən sortların yeni rayonlaşdırılmış, daha məhsuldar, məhsulun texnoloji keyfiyyətinə görə üstün olan sortlarla dəyişdirilməsinə, təzələnməsi deyilir. sort təzələmə- sorttəmizliyi və bioloji keyfiyyətləri pisləşmiş toxumların həmin sortun yüksək reproduksiyalı və keyfiyyətli toxumları ilə əvəz edilməsi;

More Related