1 / 17

AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI

MÖVZUNUN ADI Süni intellekt üsulları vasitəsi ilə elektroenergetika sistemlərinin idarə edilməsi İŞ. 3 İşin adı: Elektroenergetika sistemlərinin idarə edilməsində yeni informasiya texnologiyalarının xüsusiyyətləri. AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI.

Download Presentation

AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. MÖVZUNUN ADISüni intellekt üsulları vasitəsi ilə elektroenergetika sistemlərinin idarə edilməsiİŞ. 3 İşin adı: Elektroenergetika sistemlərinin idarə edilməsində yeni informasiya texnologiyalarının xüsusiyyətləri AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI t.e.d.professor A.M.Kərimov, t.e.n. Dosent A.Q.Əliyev

  2. Mövzunun Aktuallığı Dünya cəmiyyətinin və iqtisadiyyatının inkişafında böyük əhəmiyyət daşıyan energetika nəhəng kibernetik sistemə yəni, məqsədyönlü, proqnozlaşdırılması, layihələndirilməsi, idarə olunması və istismarı zamanı optimallaşdırıla bilən bir sistemə çevrilmişdir. Bu sistem yer planetində yaradılan ən böyük süni sistemlərdən biridir. O enerjinin istehsalı, ötürülməsi, çevrilməsi, paylanması və təlabatı prosesində iştirak edən və bir-biri ilə qarşılıqlı təsirdə və əlaqədə olan çoxsaylı elementlərdən təşkil olunan mürəkkəb bir sistemdir. Bu sitem: -istismar prosesinin mürəkkəbliyi; - baş verən hadisələr çoxluğunun qeyd edilməsinin vacibliyi; -rejim dəyişkənliyi və rejimi xarakterizə edən parametrlərin sayının çoxluğu; -rejim parametrlərinin qeyri-xəttiliyi və qeyri-stasionarlığı; -ölçmədən alınan informasiyaların qeyri-dəqiqliyi, qeyri-tamlığı və qeyri sinxronluğu; -elektroenergetika sisteminin funksional sxeminin vizuallaşdırılması; -hadsisələr çoxluğunun birlikdə müzakirə edilməsinin zəruriliyi və s. ilə xarakterizə olunur. Bu isə elektroenergetika sisteminin rejimlərinin idarəetmə, sistemlərinin yaradılması məsələsinin çətinliyini təyin edir. Digər tərəfdən şəhərlərin infrastrukturunun genişlənməsi, xarici iqtisadi əlaqələr və istehsal sahələrinin artması bazar iqtisadiyyatı şəraitində elektrik sisteminin operativ idarə olunmasını aktual məsələyə çevirir.

  3. Elektroenergetika sistemlərinin rejimlərinin operativ idarə edilməsi texnologiyaları Bununla əlaqədar olaraq hələ 1970-ci illərdə enerji sistemində dispetçer idarəetməsinin avtomatlaşdırılmış sistemi aktiv tətbiq olunmağa başladı. Bu isə şəbəkə dispetçer şitləri və pultları ilə birlikdə cari rejimə və elektrik şəbəkəsinin komutasiya sxeminə operativ olaraq vizual nəzarət olunmasına imkan verdi. Həmçinin də dispetçer idarəetməsinin inkişafına hesablama texnikası vasitələrinin geniş tətbiq olunması da sürətli təkan verdi. Lakin mövcud dispetçer təlimatları və elektroenergetik sistemin əvvəlcədən hesablanmasının mürəkkəbliyi, rejim vəziyyətlərinin və müyyən qəzaların çoxnövlülüyü xidməti heyyətin işinin rasional olmasına, onların səhv qərarlar verməsinin tam aradan qaldırılmasına zəmanət vermir. Belə ki: - EES-nin dispetçer xidmətinə daxil olan qəza siqnallarının çoxsaylılığı; -keçmiş, cari və gələcəkdə mümkün olan hallar haqqında informasiya çatışmazlığı; gərgin psixoloji vəziyyətin yaranmasına və operativ personalın səhv idarəedici qərarlar verməsinə gətirib çıxarır.

  4. EES-nin OPERATİV İDARƏ OLUNMASINDA YENİ KOMPÜTER TEXNOLOGIYALARINDAN İSTİFADƏ OLUNMASI EES-nin operativ idarə olunmasında müasir proqram vasitələrindən müvəffəqiyyətlə istifadə olunması telemetrik rabitə kanalları vasitəsilə daxil olan və avtomatlaşdırılmış dispetçer idarəetmə sisteminin (ADİS) operativ ölçmə kompleksində (OÖK) saxlanılan böyük həcmli informasiyaların emal olunması ilə sıx əlaqədədir. Keçid proseslərinin monitorinqi sisteminin (KPMS) tətbiq olunması və vektor ölçmə texnologiyalarından (WAMS) istifadə olunması telemetrik rabitə kanalları vasitəsi ilə daxil olan verilənlərin həcmini dəfələrlə artırır.

  5. EES-nin KEÇİD REJİMLƏRİNİN MONİTORİNQİ SİSTEMİ KRMS- vahid energetika sisteminin (VES) rejimini xarakterizə edən parametrlərin qeyd olunmasında yeni texnologoyalardan biri hesab olunur. Bu texnologiya EES-nin əsas parametrləri haqqında tam və dəqiq informasiyaların alınmasını xarakterizə edir. O, QLONASS və ya GPS sputnik sistemlərinin köməyi ilə həmin informasiyaları zamana görə sinxronlaşdırmağa kömək edir. KPMS-də realizə olunmuş rejim parametrlərinin vektor ölçmə texnologiyası, dispetçer EES-nin rejimlərinin idarə edilməsində WAMS texnologiyalarının tətbiq olunması üçün şərait yaradır. WAMS texnologiyalarının tətbiq olunması elektroenergetik məsələlərin real zaman anında həll olunması səviyyəsini keyfiyyətli şəkildə artırmağa imkan verir.

  6. WAMS texnologiyasının xüsusiyyətlərləri • EES-in düyün nöqtələrində gərginliklərin ani qiymətlərinin zamana görə 1 ms-yə qədər dəqiqliklə sinxronlaşdırılmış ölçülməsinin əldə olunmasının mümkünlüyünü təmin edir. Bu da EES-nin halının qiymətləndirilməsində gərginliyin faza parametrlərinin müəyyən olunması və onlardan istifadə olunmasna kömək edir. Əvvəllər rejimin təhlil olunması zamanı belə bir parametrdən istifadə olunması mümkün deyildi. • Şəbəkənin ötürmə qabiliyyətinin təyin olunmasında ənənəvi hesabat metodlarının inkişafını, EES-nin hesabat modellərinin müşahidə oluna bilməsi məsələsinin yüksəldilməsi, onların ölçüsünün optimallaşdırılmasını və dayanıqlığın ehtiyyatının qiymətləndirilməsini mümükün edir. • EES-də 0,2-0,3 Hs tezlik ətrafında gücün alçaq tezlikli rəqslərinə nəzarət etməyə imkan verir. • Rejim parametrlərinin vektor ölçülməsi zamanı EES-in dayanıqlığını klassik metodlarla generator düyünlərinin keçiriciliklərinin xüsusi və qarşılıqlı matrislərinin alınması əsasında qiymətləndirilməsini təmin edir.

  7. PMU ölçmə texnologiyaları PMU ölçmə vasitələrindən istifadə olunması operativ idarəetmə məsələlərinin dekompozisiyası zamanı yeni imkanlar açır. SCADA sistemindən alınan standart telemetrik ölçmələr toplusu ilə müqayisədə ES-nin düyünlərində quraşdırılmış PMU, həmin düyündə və həmçinində onunla müştərək olan budaqlarda gərginliyin modulunun və fazasının ölçülməsini (0,2-0,5)% dəqiqliklə təmin edə bilər. Sərhəd düyünlərində PMU-nun quraşdırılması U və δ kimi sərhəd dəyişənlərini yüksək dəqiqliklə qeyd etməyə imkan verir. Belə olan halda ayrı-ayrı alt sistemlərin rejimləri bir-birindən asılı olmayaraq hesablana bilər. Qeyd etmək lazımdır ki, PMU datçiklərindən istifadə olunması ideyası real zaman anında sistemin parametrləri haqqında informasiyaların alınması üçün çox cəlbedicidir. Ancaq onların qiyməti çox baha olduğundan belə datçiklərin quraşdırılması məhdud saydadır. əsasən Rusiya federasiyasında 12, Çinin gərginliyi 500 kV olan 20 elektrik stansiyasında və yarımstansiyasında 13, İtaliyada gərginliyi 380/220 kV olan yarımstansiyasında 20 PMU qurğusu quraşdırılıb.

  8. EES-nin REJİMLƏRİNİN MODELLƏŞDİRİLMƏSİ VƏ HESABLANMASI ÜÇÜN MÜASİR PROQRAM VASİTƏLƏRİ • ES-nin qərarlaşmış rejimlərinin hesablanması və təhlil olunması üçün Rusiyada istifadə olunan əsas proqram vasitələri aşağıdakılardır: «RastrWin», «Космос», «Анарэс-2000». • Xarici mütəxəssislər tərəfindən yaradılan proqram vasitələrindən biri isə «PowerWorld Simulator» adlanır. Bu proqram vasitələrini aşağıdakı kriteriyalar əsasında müqayisəedilir: • -EES-nin hesabat sxeminin verilməsi qaydası; • -Verilənlərin vizuallaşdırılması sistemi; • -Xarici proqram vasitələri ilə qarşılıqlı əlaqə.

  9. «RastrWin» proqram kompleksi Bu proqram kompleksi EES-nin qərarlaşmış reıimlərinin qeyri-real zaman anında hesablanması və analizi üçün ən çox istifadə olunan vasitələrdən biri adlanır. Proqramın əsasını hesabat bloku adlanan vahid blok təşkil edir ki, bu da birbaşa verilənlərlə, verilənlər bazasının idarəetmə sistemi (VBİS) arasındakı işi təmin edir. Bu proqram kompleksinin geniş yayılması aşağıdakı xarakterik xüsusiyyətlərlə şərtlənir: -Elektrik sxeminin və rejiminin əks olunması üçün rahat qrafik alt sistemin olası; -Proqrqmın funksional imkanlarının genişlədirilməsi vasitələrinin olması; -Quraşdırılmış dil vasitəsi ilə tez-tez yerinə yetirilən eyni tipli əməliyyatların avtomatlaşdırılmasının mümkünlüyü. Burada ilkin informasiyaların verilməsi klassik cədvəl formasındadır. Qrafiki redaktor cədvəl verilənləri əsasında elektrik şəbəkəsinin sxemini qurur və sxemdə istənilən veriləni mətn şəklində əks etdirir.

  10. “KOMOC” proqram hesablama kompleksi “KOMOC” proqram hesablama kompleksi EES-nin rejimlərinin telemetrik ölçmələrə əsasən operativ təhlil olunması üçün nəzərdə tutulub. Burada da ilkin verilənlərin daxil edilməsi cədvəl formasındadır. Həmçinin də burada VBİS və qrafiki redaktor mövcuddur. “KOMOC”-un çatışmayan cəhəti onun avtonom olması adlanır. Belə ki, burada digər proqramlarla operativ verilənlər mübadiləsi aparmaq mümkün olmur. Burada informasiya mübadiləsi bir qayda olaraq mərkəzi dispetçer idarəsi formatında formalaşdırılan fayllar vasitəsi ilə yerinə yetirilir.

  11. «Анарэс-2000» Proqram kompleksi «Анарэс-2000» EES-nin rejimlərinin hesablanması və analizi kimi kompleks məsələləri realizə edir. Həmin məsələlər vahid verilənlər bazasının köməyi ilə bir-biri-ilə qarşılıqlı əlaqədə olur. Verilənlər bazasının idarə olunması birbaşa Borland firmasının verilənlər vasitəsi ilə idarə olunur. Bu proqram kompleksindən qərarlaşmış rejimlərin, qısa-qapanma cərəyanlarının, keçid rejimlərinin hesablanmasında, imtinaların modelləşdirilməsində və rejim etibarlığının qiymətləndirilməsində isitifadə olunur. Burada vahid verilənlər bazasının olması kompleksin asılı olmayan müxtılif proqram modulları ilə informasiya mübadiləsini təmin edir. Ancaq proqram hesabat kompleksi ilə istifadəçinin qarşılıqlı əlaqəsini mürəkkəbləşdirir. Bütün verilənlər cədvəl redaktorunda formalaşır və qrafik redaktor vasitəsi ilə EES-nin sxemində əks olunur.

  12. «PowerWorld Simulator» proqram kompleksi • «PowerWorld Simulator» -proqram kompleksi qərarlaşmış rejimlərin modelləşdirilməsi və analizi üçün inteqrallaşdırılmış proqram paketidir. Bu proqam paketi inkişaf etmiş rahat interfeysə və vizuallaşdırmanın geniş imkanlarına malikdir. «PowerWorld Simulator» -proqram kompleksinin əsasını 100 min düyünü olan EES-nin rejimlərini hesablamağa imkan verən, qərarlaşmış rejimlərin hesabat alqoritmi təşkil edir. Bu proqramın baza paketi həmçinin də: • -qısa-qapanma cərəyanlarının hesablanması; • imtinaların modelləşdirilməsi; • gərginliyə görə dayanıqlığın analizi; • böhran rejimlərinin hesablanması; • rejimlərin optimallaşdırılması və s. alqoritmlərinə də malikdir. • «PowerWorld Simulator» -proqram kompleksi baxılan kompleslər içərisində EES-nin hesabat sxemini, qrafiki redaktorun obyektləri ilə istifadəçinin manipulyasiyası əsasında formalaşdırmağa imkan verən yeganə sistemdir.

  13. “Kornet” hesablama kompleksi Bu hesablama kompleksindın ərazi EES-nin operativ idarə olunmasında istifadə olunur. Sistem Şimali Komi elmi mərkəzində hazırlanıb

  14. Ərazi EES-nin xarakterik xüsusiyyətləri və operativ idarə olunması məsələləri • Ərazi EES-nin operativ idarə olunması və dispetçer idaretməsinin mükəmməlləşdirilməsi süni intellekt metodlarına və adaptiv idarəetmə prinsiplərinə əsaslanan yeni yanaşma yollarının işlənilməsinin vacibliyini tələb edir. Mövcud dispetçer idarəetmə sistemlərinin işinin hətta kiçik bir period üçün məlum səbəblərdən pisləşməsi belə bu sistemin mükəmməlləşdirilməsinin aktuallığını göstərir. EES-nin idarə olunmasının effektivlik məsələlərinə aşağıdakılar daxildir: • Sistemin halının qiymətləndirilməsi və telemetrik verilənlərin düzgünlüyünün doğruluğu; • Sistem əmələ gətirən əlaqələrin buraxılabilən böhran rejimlərinin qiymətləndirilməsi; • Aktiv və reaktiv güclər əsasında enerji düyünləri və bütün enerji sistemi üçün elektrik enerjisi təlabatının arxivləşdirilmiş rejimlərinin formalaşdırılması; • Rejim parametrlərinin iqtisadi və operativ korreksiyasına nəzarət; • Rejimlərin cari planlaşdırılması. • Sdalanan bu məsələlər rejimlərin planlaşdırılması və onların operativ idarə edilməsi üçün mövcud olan metodların çatışmazlıqlarını aradan qaldıran yeni metodların yaradılmasını tələb edir.

  15. Biliklər bazası İ N T E R F E Y S İntellektual həlledici İstifadəçi Mühakimələr mexanizmi İzahatlar bloku İntellektual planlaşdırıcı Ekspert sistemlər bazasında intellektual idarərtmə sistemi

  16. Nəticə • EES-nin operativ idarə olunmasında müasir proqram vasitələrindən müvəffəqiyyətlə istifadə olunması telemetrik rabitə kanalları vasitəsilə daxil olan və avtomatlaşdırılmış dispetçer idarəetmə sisteminin (ADİS) operativ ölçmə kompleksində (OÖK) saxlanılan böyük həcmli informasiyaları emal etməyə; • Rejim parametrləri haqqında tam və dəqiq informasiyaların alınmasına; • informasiyaların zamana görə sinxronlaşdırılmasna; • elektroenergetik məsələlərin real zaman anında həll olunması səviyyəsini keyfiyyətli şəkildə artırmağa; • düyün nöqtələrində gərginliklərin ani qiymətlərinin zamana görə 1 ms-yə qədər dəqiqliklə sinxronlaşdırılmış ölçülməsinə; • 0,2-0,3 Hs tezlik ətrafında gücün alçaq tezlikli rəqslərinə nəzarət etməyə; • hesabat modellərinin müşahidə oluna bilməsi məsələsinin yüksəldilməsinə,onların ölçüsünün optimallaşdırılmasına və dayanıqlığın ehtiyyatının qiymətləndirilməsinə; • İstifadəçinin psixoloji gərginlik həddinin aradan qaldırılmasına; • İdarəetmə məsələlərinin həllində qərarların, məsləhətlərin və izahatların verilməsinə kömək edir.

  17. DİQQƏTİNİZƏ GÖRƏ ÇOX SAĞ OLUN !

More Related