571 likes | 1.73k Views
Azərbaycan Dövlət Aqrar Universiteti. Azərbaycan Tarixi fəlsəfə və hüquq kafedrası B.M.-Abdullayev M.Z. Azərbaycan Tarixi fənni üzrə interaktiv Mühazirələr... (Bakalavrlar üçün). Gəncə 2009.
E N D
Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan Tarixi fəlsəfə və hüquq kafedrası B.\M.-Abdullayev M.Z Azərbaycan Tarixi fənni üzrə interaktiv Mühazirələr... (Bakalavrlar üçün) Gəncə 2009
Azərbaycan XIX əsrin birinci yarısında.Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi. Plan Rusiyanın Azərbaycanın Şimal torpaqlarının tutması.Car-Balakən və Gəncənin işğalı. Birinci Rusiya-İran savaşı.Gülüstan müqaviləsi. İkinci Rusiya ilə İran savaşı.1828-ci il Türkmənçay müqaviləsi.
Vahid Azərbaycan dövlətinin olmaması Ölkənin sosial-iqtisadi geriliyi Xarici istilalar XVIII əsrin sonu-XIX əsrin əvvəlində Azərbaycanın daxili və xarici siyasi vəziyyəti - Ayrı-ayrı xanlıqların hakimlərinin yalnız öz xanlığını qorumaq cəhdləri - Bir-birilərinə güzəştə getməmələri Azərbaycana göz tikmiş İran,Türkiyə və Rusiyanın hərbi planlarına qarşı dura biləcək vahid qüvvə yox idi.
Yeni torpaqlar zəbt etmək, Rusiya bazarı üçün xammal mənbəyi və satış bazarı əldə etmək Qafqaz təkcə iqtisadi deyil,hərbi cəhətdən yeni istinadgah qazanacağına əminlik Rusiyanın Cənubi Qafqazla bağlı siyasəti Xəzəri daxili dənizə çevirmək, Qafqazı zəbt etməklə cənuba yol açmaq
Qərbi Avropa Dövlətləri. İngiltərə və Fransanın mövqeyi Onlar çar Rusiyanın qəsbikarlıq planlarını diqqətlə izləyir və İranı Rusiyaya qarşı silahlandırmaq istəyir. Şərqə münasibətdə hiyləgər siyasət yeridən İngiltərə höküməti 1800-ci ildə İranla siyasi-iqtisadi müqavilələr bağlamışdır. İranın hər hansı bir dövlətin hücumuna məruz qaldığı təqdirdə onu silah və hərbi müşavirlə təmin etməli
1801-ci il sentyabrn1-də Rusiya imperatoru I Aleksandr Şərqi Gürcüstanı Rusiyaya birləşdirilməsi haqqında manifest verdi. Şərqi Gürcüstanla birlikdə Qazax və Şəmsəddil sultanlıqlarıdaRusiyanın tərkibinə qatıldı.Bununla da Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının əsası qoyuldu. İşğalın başlanması 1802 ci ildədekabrın 26 da Rusiya ilə Quba,Dərbənd və Lənkaran xanları,Həmçinin Tərki Şamxalı və Qaraqaytaq Usmisi arasında Georgivski müqaviləsi bağlandı. • Müqaviləni imzalayanlar: • Rusiyanın himayəsinə qəbul • olunurlar. • İran hücum edəcəyi halda • birgə çıxış etməli idilər. • Cənubi Qafqazda ticarətin • genişlənməsi. • Xəzər dənizdə dənizçiliyin inkişaf • Etdirilməsini nəzərdə tuturdular.
Şərqi Gürcüstan tutulandan sonra ilk hədəf Car-Balakən oldu. 1803-cü ildə (mart ayında)rus qoşunları Alazan(Qanıx) çayı keçidində baş verən döyüşdə Balakən ələ keçirildi. 1803-cü ildə aprelin 12-də Tiflisdə Car-Balakən camaatlığı ilə Rusiya arasında “Andlı öhdəlik” imzalandı • Öhdəliyə görə: • Car-Balakən əhalisi Rusiya • xəzinəsinə ipəklə xərac • ödəməli (220 növ ipək) • Carlılar sədaqət əlaməti • olaraq Tiflisə əmanət • (girov)verməli. • Car-Balakən ərazisində • rus qoşunları • yerləşdirilməli idi Bu şərtlər yerinə yetrilmədiyinə görə rus ordusu 1804-cü ildə Cara soxuldu və onu yandırdı.General Qulyanov öldürüldü.
Sisianovun hədələyici məktubları Cavad Xanın cavab məktubu. Gəncənin işğalı 1803-cü ildə fevralın 25-də. 1803-cü ildə noyabrın29-da 1803-cü ildə dekabrda təslim olmaq haqda. “ Mənimlə müharibə etmək fikrinə düşmüsənsə,mən hazır.Uğur isə allahın əlindədir”
1804-cü il yanvarın 3-də Gəncə işğal olundu. Qeyri-bərabər döyüşdə Cavad Xan və oğlu Hüseyinqulu xan öldürüldü. Gəncənin adı dəyişdirildi. Şəhər inzibati Dairəyə çevrildi Çar I Aleksandrın arvadının şərəfinə Yelizavetpol adlandırıldı “Gəncə” sözünü işlədənlər Bir gümüş manat cərimə verməli idi.
Azəbaycanın digər xanlıqlarının da taleyi həll olundu Azərbaycanın digər Cənub bölgələrinədə yol açıldı. Gəncənin Rusiya tərəfindən işğalı nəticəsində Gürcüstanın şərq sahələrinin təhlükəsizliyi təmin olundu. Rus qoşunlarının Xəzər sahillərinə çıxıb,Həştərxanla əlaqə yaratmasına imkan yaradır.
Birinci Rusiya-İran müharibəsi • Tərəflər arasında ilk döyüş • 1804-cü il iyulun 27-də • Üçmüədzin yaxınlığında • İkinci döyüş İrəvan yaxınlı- • ğında –Qəmərli kəndində • Hər iki döyüş rus • ordusunun məğlubiyyəti ilə • qurtardı. 1804-cü il may ayında İran rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını tələb etdi. Rədd cavabı alan İran iyunun 16-da müharibəyə başladı
1805-ci il Kürəkçay müqaviləsi Mayayının 21-də Rusiya ilə Şəki xanlığı arasında Kürəkçay müqaviləsinin təkrarı imzalandı May ayının 14-də Rusiya ilə Qarabağ xanlığı arasında 11 maddədən ibarət müqavilə. Müqaviləyə görə • Qarabağ xanlığı Rusiya təbəəliyinə qəbul olundu. • Daxili siyasətdə müstəqilliyini saxlayan xanlıq xarici • siyasət hüququndan məhrum edilirdi. • 3. Xanlıq hər il Rusiya xəzinəsinə 8 min çervon bac • verməli idi. • 4. Şuşada rus qoşunu yerləşdirilməli idi.
1806-ci ildə artıq Azərbaycanın şimal bölgəsi rus ordusu tərəfindən işğal olunmuşdu. 1805-ci il dekabrın 27-də Şamaxı. 1806-cı il iyununda Dərbəndi. 1806-cı il oktyabrında Bakını. 1806-cı il oktyabrında Şəkini işğal etdilər. Rusiya -1806-cı ilin sentyabrında Fətəli şah Qacarın sülh təklifini rədd etdi. Fransa və İngiltərədən kömək alan Osmanlı dövləti1806-cı ildə Rusiyaya müharibə elan etdi.1807-ci ildə Gümrü yaxınlığındakı döyüşdə Osmanlı ordusu məğlub oldu.
Osmanlıların Cənubi Qafqazın böyük hissəsinin Rusiya tərəfindən işğal olunmasını təsdiq etdi. 1812-ci il Buxarest sülhü 1812-ci il Aslandüz və Lənkəran döyüşü. İran qoşunu məğlub oldu Rus ordusu Lənkəran qalasını ələ keçirdi Bu döyüşlər Rus-İran müharibəsinin taleyini həll etdi
Müqavilənin şərtləri Gülüstan sülhü (1813-cü il 12 oktyabr) 1. İrəvan və Naxçivan xanlıqlarından başqa,Şimal xanlıqları (Gəncə, Qarabağ, Şəki, Şamaxı, Dərbənd, Bakı, Quba və Lənkəran),həmçinin Şərqi Gürcüstan və Dağıstan Rusiyanın tərkibinə keçdi. 2. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya verildi. 3. Rusiya tacirlərinin İranla ticarətində 5%-lik kömrük tarifi müəyyən olundu. 4. İran ərazisində rus tacirləri daxili gömrük rüsumları ödəmədən azad edilirdilər.
Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinin ikinci mərhələsi.İkinci Rus-iran müharibəsi 1814-cü il Tehran sazişi. Sazişdə İran tərəfi öz sərhədləri tərəfindən Hindistanın təhlükəsizliyini təmin etməli. Rusiyaya qarşı yönəlmiş İngiltərə -İran sazişi İngiltərə isə 1809-cu il İran-ingilis sazişi ilə müəyyən edilmiş məbləğdə maliyyə və hərbi yardım verməyi öhdəsinə götürdü.
1823-cü il İranla Türkiyə arasında Əməkdaşlıq müqaviləsi bağlandı. Şimali Qafqazda Dağlı xalqlara qarşı müharibə aparan Rusiya İranla müharibədən çəkindi. Rusiya Qarabağın və Lənkə- ran xanlığının bir hissəsini İrana güzəştə getməyə hazır olduğunu bildirir. İkinci Rus-İran müharibəsi 1826-сı il iyulun 19-da başladı.əsas hücum hedəfi Qarabağ Gəncə
1826 cı il sentyabrın 3-də Şəmkir döyüşü. • 1826-cı il sentyabrın 13-də Gəncə döyüşü. Gəncə döyüşü müharibənin müqəddəratını həll etdi.
1827-ci il hərbi əməliyyatı qarşısına iki vəzifə qoydu İrəvan xanlığını işğal etmək. 1827-ci il Cavanbulaq döyüşü Abbasabad və Sərdarabad qalası tutuldu. Naxçıvan xanlığını işğal etmək. 1827-ci ildə işğal edildi. 1828-ci ilin yanvarında Urmiya,fevralında isə Ərdəbil işğal olundu. Bu qələbədən sonra Azərbaycanın cənubuna yol açılmış oldu. Mərənd,Xoy,Təbriz Rusların əlinə keçir
Türkmənçay sülhü 1828 ci il fevralın 10 16 maddədən ibarət sülh müqaviləsinə görə.
1.İran Rusiyaya 20 milyon manat gümüş məbləğində təminat ödəyənə kimi Cənubi Azərbaycan rus qoşunlarının işğal altında qalmalı idi. 2. İran tərəfi əvvəllər Rusiya tərəfindən işğal olunmuş xanlıqlarla yanaşı,İrəvan və Naxçıvan xanlıqlarının Rusiyanın tərkibinə keçməsinə razılıq verdi. 3. Xəzər dənizi Rusiyanın daxili dənizinə çevrildi və bu dənizdə hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya verildi. 4. 15-ci maddəyə əsasən İrandan Cənubi Qafqaza erməni ailələri köçürülməli idi.
Türkmənçay sülh müqaviləsi ilə XIX əsrin əvvəllərində baş vermiş Rusiya-İran müharibəsinə son qoyuldu Şimali Azərbaycan Rusiya imperyasının xammal mənbəyi və satış bazarına çevrildi Cənubi Azərbaycan torpaqları İranın tərkibinə qatıldı 1828-ci ildə Naxçıvan və İrəvan xanlıqları ləğv edildi,onların ərazisində “Erməni vilatəti” yaradıldı.