310 likes | 712 Views
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu. I Bölmə: Bitkilərin ümumi patologiyası Mövzu 1 . Bitki xəstəlikləri haqqında ümumi məlumat. Kənd təsərrüfatı elmləri doktoru, professor əvəzi İbrahim Cəfərov. P L A N: Giriş
E N D
AZƏRBAYCANDÖVLƏT AQRAR UNİVERSİTETİ • Aqronomluqixtisasıüzrə • Fitopatologiyakursu
IBölmə: Bitkilərin ümumi patologiyası • Mövzu 1. Bitki xəstəlikləri haqqında ümumi məlumat • Kənd təsərrüfatı elmləri doktoru, • professor əvəzi İbrahim Cəfərov
P L A N: Giriş 1.1 Fitopatologiyanın predmeti və obyektləri 1.2 Fitopatologiya elminin qısa inkişaf tarixi və vəzifələri 1.3 Azərbaycanda fitopatologiyanın inkişafı 1.4 Bitki xəstəlikləri, patoloji proses, onun mahiyyəti 1.5 Xəstəliyin tipləri 1.6 Bitki xəstəliklərinin təsnifatı
Ədəbiyyat • 1.Cəfərov İ.H. Ümumi fitopatologiya. Bakı: «Elm», 2007, 388 s. • 2.Cəfərov İ.H. Fitopatologiya (fənnin öyrənilməsinə dair metodik vəsait). Bakı: «Elm», 2008, 181 s. • 3.Rəhimov Ü.A. Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri. Bakı: «Maarif», 1988, 160 s. • 4.M.TimurDöken, ErkolDemirçi, HüseynZenginFitopatoloji. • Erzurum: 2010, 256 s. • 5.Попкова К.В. Общая фитопатология. М.: «Агропромиздат», 1989, 398 с. • 6.Семенкова И.Г., Соколова Э.С. Фитопатология. М.: Изд. • Академия, 2003, 496 с. • 7. www. stavropolye.tr • 8. www. nbcnews.ru • 9. www. inforotor.ru
Giriş • 1.1 Fitopatologiyanın predmeti və obyektləri Fitopatologiya yunan sözü olub (phyton-bitki, pathos-xəstəlik, logos-elm), bitki xəstəlikləri haqqında elmdir. Hər hansı bir elm kimi fitopatologiya da öz növbəsində bir sıra bölmələri əhatə edir: -simptomologiya-bitki xəstəliklərinin simptomlarının və ya əlamətlərinin öyrənilməsi; -etiologiya –bitkilərin xəstəlik törədiciləri haqqında elmdir; -patoloji morfologiya, anatomiya, fiziologiya və biokimya; -epifitotologiya –bitkilərin kütləvi xəstəlikləri haqqında elmdir; -bitkilərin immuniteti; -gigiyena, profilaktika və terapiya.
Fitopatologiyanın yuxarıda göstərilən bölmələri üç blok məsələləriözündə birləşdirir: 1. Bitkinin fərdi xəstəlikləri ilə əlaqədar suallar məcmusu-xəstəlik törədiciləri, bitkidə onların inkişafı, həsas və davamlı bitkilərin yolux-maya cavab reaksiyası; 2.Populyasiyalarda bitki xəstəlikləri, təbii fitosenozlarda və aqrose-nozlarda epifitotiyaya təsir edən amillər; 3. Diaqnostika, hesabat, proqnoz və bitkilərin mühafizəsi ilə əlaqədar davamlı sortların seleksiyası da daxil olmaqla tətbiqi tədqiqatlar bloku.
FAO ekspertlərinin verdikləri məlumatlara görə (2008) dünya üzrə istehsal olunan kənd təsərrüfatı məhsullarının 30-32% müxtəlif mikroorqanizmlərin vurduqları zərər nəticəsində itkiyə gedir. 10-12%məhsul isə saxlanma zamanı çıxdaş edilir. Bu itkinin çox böyük bir qismi də xəstəliklərin payina düşür. Kartofel.bolezn/orq saytının məlumatına əsasən dünyanın kartofçuluq ölkələri təkcə xəstəliklərin təsirindən hər il 90 mln. ton yumru və ya istehsal edilən məhsulun 17%-ni itirirlər.
1.2 Fitopatologiya elminin qısa inkişaf tarixi və vəzifələri Fitopatologiyanın inkişafı qədim zamanlara təsadüf edir. İnsanlar hər vəclə əkib becərdikləri məhsulun müxtəlif amillər nəticəsində itkiyə getməsinin səbəblərini başa düşməyə çalışırdılar. Lakin bu elə də asan məsələ deyildi. Yalnız XVII əsrin ortalarında Robert Huk və Marçello Malpiqi ilk dəfə göbələyi böyütməklə qızılgüldə pas xəstəliyinin törədicisini müşahidə etdilər. Sadəcə olaraq həmin alimlər onu sərbəst orqanizm kimi qəbul etməyərək, bitkinin həyat fəaliyyətinin məhsulu hesab edirdilər. Göbələklərin təbiəti alimlər, tədqiqatçılar üçün qaranlıq olaraq qalırdı. Fransız botaniki M.Tullet 1775-ci ildə təsdiq etdi ki, sürmə-buğda toxumla-rının sürmə tozu ilə zibillənməsinin nəticəsidir, bu toz isə-«yoluxdurucu zəhər»in ötürülməsində fəal agentdir, elə onun təsiri altında da sünbül qara kütləyə çevrilir.
1807-ci ildə digər fransız botaniki Benedikt Prevo eksperimentlərlə sübut etdi ki, sürmə xəstəliyinin inkişafının səbəbi parazit göbələkdir. Uzun müddət müxtəlif ölkə botanikləri Avstriya alimi Frans Unqerin dünyagörüşünün təsiri altında idilər. Belə ki, Unqer hesab edirdi ki, bitki şirələrinin xəstəlik vəziyyəti – xəstəliyin səbəbidir, göbələk orqanizmləri isə – onların nəticəsidir. Paris Akademiyasının üzvi, professor, fransalı alim botanik Lui Rene Tülyan sürmə, pas, unlu şeh və başqa xəstəliklərin törədiciləri olan göbələklərin həyat tsiklini – inkişaf tsiklini öyrəndi. Tədqiqatçı alim öz qardaşı Şarl Tülyan ilə birlikdə pleomorfizm hadisəsini –yəni eyni göbələyin müxtəlif sporvermə tiplərini öyrəndilər. Tülyan qardaşlarının işlərindən sonra qəbul olundu ki, pas göbələklərinin iki sərbəst qrupu mövcuddur: piknid və etsi də daxil olmaqla etsisporvermə mərhələsi, uredinio ilə teliomərhələləri özündə birləşdirən uredinosporvermə. Lakin bu iki böyük qrup arasında olan əlaqələri açmaq Tülyanlara nəsib olmadı.
ElmifitopatologiyanınintensivinkişafıXIXəsrinortalarındanbaşlan-mışdır. Mikroskopunyaranması, ÇarlzDarvinin (1809-1882) təkamülnəzəriyyəsininkəşfi, hüceyrəhaqqındatəlimvəs. elmiinkişafabaşlanğıcverdi. FransızalimiLuiPaster (1822-1895), almanmikrobioloquRobertKoxun (1843-1910) işlərixüsusiəhəmiyyətkəsbedirdilər. Onlarmikroor-qanizmlərinmayelərdəöz-özünəəmələgəlməsikonsepsiyasınırədd edərək, xəstəliklərinbaşverməsininparazitarnəzəriyyəsinəbaşlanğıcvermişoldular. LakinelmifitopatologiyanınformalaşmasındahəlledicirolalmanmikoloquHenrixAntondeBariyəməxsusdur. AntondeBari 1853-cüildə «Sürməgöbələklərinədairtədqiqatlarhaqqında» işinidərcetdirdi.
1.3 Azərbaycanda fitopatologiyanın inkişafı Ölkəmizin rəngarəng torpaq-iqlim şəraiti, yabanı və mədəni bitki florasının zənginliyi burada müxtəlif toksonomik qruplara daxil olan göbələk aləminin də formalaşmasına səbəb olmuşdur. Bu nöqteyi nəzərdən Azərbaycan daim müxtəlif ölkələrdən olan tədqiqatçı alimlərin diqqətini cəlb etmişdir. Buna baxmayaraq respublikamızda mikoloji floranın öyrənil-məsi XX əsrin əvvəllərinə qədər epizodik və təsadüfi xarakter daşımışdır. Əksər hallarda isə göbələklərin və göbələk mənşəli xəstəliklərin tədqiqi mütəxəssis mikoloq və ya fitopatoloqlar tərəfindən deyil, floristik tədqiqat-lar aparan botaniklər tərəfindən cəhdlər edilmişdir. Buna rəğmən 1927-ci ilə qədər müəyyən mikoloji materiallar toplanmışdır.
1.4 Xəstəlik nədir ? Bitkixəstəliyipatolojiprosesolub, sahib bitki, xəstəliktörədicivəətrafmühitamillərinintəsirialtındabaşverir. Xəstəlikhaqqında ilk tərifhələ XIX əsrinəvvəllərindəA.Frank (1815), O.Dekandol (1832) tərəfindənverilmişdir. Alimlərhesabetmişlərki, bitkinin normal fiziolojivəziyyətindənhərhansıbirkənarlaşmasıonunxəstəliyidir. Beləanlayışbitkixəstəliyihaqqındabirtərəflitəsəvvüryaradır, xəstəliyəyalnızfiziolojihalkimibaxır, onasəbəbamillərbarədəisəfikiryaratmır. Birsıraəlavələrləbunöqteyinəzəri XX əsrinalimlərindənS.İ.Rostovsev, A.Ş.Bondarsev, E.Stekmen, Dj.Xarrarvəbaşqalarıdamüdafiəetmişlər. Bitkixəstəliyi - bu məhsulu məhv edəndir (A.Frank, 1812). Bitki xəstəliyi - bu bitkinin normal fizioloji vəziyyətdən kənarlaşmasıdır (O.Dekandol, 1832).
Bitki xəstəliyi filogenezdə bitki orqanizmi ilə mühit arasında for-malaşan münasibətlərin pozulmasının nəticəsidir (N.Naumov, 1926). Bitkixəstəliyi - bütöv bitkini və ya onun ayrı-ayrı orqanlarına toxunan və bəzən bitkinin vaxtından əvvəl məhv olmasına səbəb olan normal həyati proseslərinin pozulmasıdır (F.T.Brooks, 1953). Bitkixəstəliyihaqqındamüasiranlayış DÜİST 24507-81-ə aiddir: «Fitopatogeninvəyaəlverişsizmühitşəraitinintəsirialtındahüceyrə, toxuma, orqanvəbütövlükdəbitkidə normal maddələrmübadiləsininpozulmasıxəstəlikdir» (K.V.Popkova, 1989). Bitki xəstəliyi - bitki orqanizminin strukturunun və funksiyaları-nın patogenlə qarşılıqlı əlaqələr nəticəsində pozulmasıdır, bu isə bioloji məhsuldarlığın aşağı düşməsinə və ya bitkinin məhv olmasına səbəb olur (A.Belyayev, 1999). Qeyd etmək lazımdır ki, bitkidə gedən fizioloji və struktur pozul-malar onun məhsuldarlıq göstəricilərinə təsir edir: bir çox hallarda məhsul kəskin azalır, başqa halda isə onun keyfiyyəti pisləşir.
Örtük Sitoplazma Nüvə Mitoxondri Ribosomlar Lizasom Holci aparatı Xloroplast Xromoplast Etdoplazmatik şəbəkə Plazmodesma Mikro borular Nişasta dənəsi Vakuol Sağlam bitki hüceyrəsi və onun komponentləri
Mildyuiləyoluxmuşüzümyarpaqlarının alt səthinəağızcıq vasitəsiləparazitinkonididaşıyanlarınınçıxışı
1.5 Xəstəliyin tipləri Xəstə bitkilər sağlamlardan morfoloji quruluşlarında əmələ gələn müxtəlif anormallıqlarla fərqlənirlər. Hər bir xəstəlik özünə məxsus əlamətlər əmələ gətirməklə digərlərindən fərqlənirlər. Çoxsaylı xəstəliklər formalaşdırdığı xarici əlamətlərin əmələ gəlmə xarakterinə görə 5 əsas tipə bölünürlər: 1) toxumanın dağılması; 2) toxumalarda yeni törəmələr; 3) yoluxmuş orqanların rənginin dəyişməsi; 4) yoluxmuş orqanların formasının dəyişməsi; 5) yoluxmuş orqanların daxilində və ya səthində parazitlərin spor və meyvə bədəninin əmələ gəlməsi.
I TİP - TOXUMALARIN DAĞILMASI Çürümə- toxumaların dağılması çürümə prosesinin başlanması ilə xarakterizə edilir. Quru və yaş çürümələri fərqləndirirlər. a) yaş çürümə selik əmələ gəlməsi ilə səciyyələnir. Nümunə: almada meyvə çürüməsi. b) quru çürümə toxumaların tozlu kütləyə çevrilməsi ilə müşayət olunur. Nekroz- bitkinin müxtəlif orqanlarının (parenxim toxumaları, hüceyrə, yarpaq boruları və s.) müəyyən toxumalarının ölüşgəməsi. Toxumanın və ya toxuma sahəsinin ölüşgəmiş sahələri qonur və ya qara rəng alır.
Ləkəliklər- yarpaq, gövdə, meyvə kimi orqanların toxumalarının yerli yoluxması ilə xarakterizə edilir. Yoluxma yerində toxuma yaşıl rəngini itirir, müxtəlif rəng alır və ya toxuma tamamilə rəngsizləşir, bir hissəsi məhv olur. Qeyri müəyyən və müəyyən ləkəlikləri fərqləndirirlər. Qeyri müəyyən ləkəlik xəstə toxumanın sağlama tədricən keçidi ilə səciyyə olunur. Nümunə: günəbaxanda peronosporoz və ya üzümdə mildyu. Soluxma – bütöv bir bitkinin və ya onun ayrı-ayrı hissələrində turqorun itməsi. Nümunə: kartofda vertisilliyoz. Kitrəaxımı- toxumaların dağılması nəticəsində bitkinin yoluxmuş hissələrin-dən kitrə axır, quruyaraq tünd və ya parlaq şüşəyəoxşar topa əmələ gətirir.
Badımcanın gövdəsində vertisillioz Verticillium dahliae Yarpağın səthində mildyulu ləkələr Plasmopara viticola
Gilas yarpağında kokkomikoz Coccomyces hiemalis Şaftalıda boz meyvə çürüməsi Monilia cinerea
II TİP - TOXUMALARDA TÖRƏMƏLƏR Şişlər- hipertropiya və hiperplaziya nəticəsində müxtəlif orqanların toxumalarının həcmcə böyüməsi. Nümunə: üzüm tinglərində bakterial xərçəng, kartofda xərçəng. Şeytan süpürgəsi- gövdənin məhdud hissəsində yatmış tumurcuq-lardan anormal, külli miqdarda zoğların əmələ gəlməsi, bunun nəticə-sində sıxlaşma baş verir və bu hal süpürgəni xatırladır. Nümunə: albalıda, almada şeytan süpürgəsi.
Bibərdə bakterial xərçəng Corynebacterium michiganense pv. michiganense Kartofda xərçəng Synchytriumendobioticum Pers.
Kətanda şişlər Aqrobacterium tumefaciens
III TİP- BİTKİ ORQANLARININ RƏNGİNİN DƏYİŞMƏSİ Xloroz- bitkinin yaşıl orqanlarının saralmasıdır. Yarpaqlarda bütün yarpaq ayəsinin və ya damararası ayrı-ayrı sahələrin xlorozu müşahidə olunur. Nümunə: almada xloroz. Albikasiya- yarpaqlar tərəfindən tam və ya qismən yaşıl rəngin itiril-məsi (onlar ağarırlar). Bu zaman xlorofilldən məhrum olan yarpaq sahələri onun yaşıl hissəsindən kəskin şəkildə ayrılırlar. Nümunə: çuğundurda albikasiya.
Tütündə mozaika Nicotiana virus 1 Smith. Xiyarda mozaika Tobacconekrosisvirus