1 / 13

FƏNN: “ METROLOGIYANIN ƏSASLARI” § 1. METROLOGIYANIN MAHIYYƏTI VƏ MƏZMUNU Mühazirəçi texnika elml

Azərbaycan Dövlət Aqrar Universiteti İnformasiya texnologiyaları, aqromühəndislik və energetika fakültəsi Kənd təsərrüfatı maşınqayırması, standartlaşdırma və sertifikasiya kafedrası. FƏNN: “ METROLOGIYANIN ƏSASLARI” § 1. METROLOGIYANIN MAHIYYƏTI VƏ MƏZMUNU

signa
Download Presentation

FƏNN: “ METROLOGIYANIN ƏSASLARI” § 1. METROLOGIYANIN MAHIYYƏTI VƏ MƏZMUNU Mühazirəçi texnika elml

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Dövlət Aqrar Universitetiİnformasiya texnologiyaları, aqromühəndislik və energetika fakültəsiKənd təsərrüfatı maşınqayırması, standartlaşdırma və sertifikasiya kafedrası FƏNN: “METROLOGIYANIN ƏSASLARI” § 1. METROLOGIYANIN MAHIYYƏTI VƏ MƏZMUNU Mühazirəçi texnika elmləri namizədi İsmayılov Nazim Köçəri oğlu GƏNCƏ -2010

  2. P L A N: 1. Ölçmələr obyekti olan fiziki kəmiy-yətlər; 2. Fiziki kəmiyyətlərin beynəlxalq vahid-lər sistemi.

  3. Ə D Ə B İ Y Y A T 1. Смитлз К. Дж. Металлы: Справ. изр. Пер. с англ., 1980, 447 с. 2. Димов Ю.В. Метрология, стандартизация и сертификация: Учебник для вузов. 3-е изд. – СПБ.: Питер, 2020.-464 с.: ил.- (серия «Учебник для вузов»). 3. Аристов А.И. Метрология, стандартизация и сертификация: Учебник длястад. Высш. Учеб. Даведений /А.И.Аристов, Л.И.Карпов [и. др.]. – М.: Издательский центр «Академия», 2006. -384 с. 4. Крылова Г.Д. Основы стандартизации, серти-фикайии, метрологии: учебник для вузов. -3-е изд. Пер. и доп. –М.: ЮНИТИ –ДАНА, 2007. –671 с.

  4. Ölçmə obyekti olan fiziki kəmiyyətləri əsas və törəmə qruplara ayrılır: Əsas kəmiyyətlər qrupu biri digərindən asılı olmur, lakin onlar başqa fiziki kəmiyyətlərlə əlaqə yaratmaq üçün baza ola bilərlər. Həmin fiziki kəmiyyətlərə törəmə kəmiy-yətlər deyilir. Eynşteynin qeyd olunan E = mc2 düsturunda kütlə əsas vahid, enerji isə törəmə vahiddir, onun for-muladakı digər vahidlərlə əlaqəsi bu formula ilə təyin edi-lir. Əsas kəmiyyətlərə əsas ölçü vahidləri uyğun gəlirsə, törəmə vahidlərə törəmə ölçü vahidləri uyğundur. Əsas və törəmə vahidlərin məcmusunafiziki kəmiy-yətlərin vahidlər sistemi deyilir. Birinci vahidlər sistemi metrikm sistem hesab edilir. Bildiyimiz kimi bu sistemdə əsas uzunluq vahidi kimi metr qəbul edilmişdir, çəki va-hidi isə qramın qəbul edilmişdir.

  5. + 40S-də 1 sm3 kimyəvi təmiz suyun çəkisinə qram deyilir. 1799-cu ildə metr və kq-ın ilk prototipləri (eta-lonları) hazırlanmışdır. Bu iki vahiddən əlavə olaraq metrik sistemə sahə vahidi də daxil edilmişdir (ar- tərə-finin uzunluğu 10m olan kvadratın sahəsidir). Bundan başqa həcm vahidi (ster- tilinin uzunluğu 0,1 m olan ku-bun həcmi) və tutum vahidi (litr –tilinin uzunluğu o,1 m olan kubun həsmi) daxil edilmişdir. Beləliklə metrik sistemdə kəmiyyətlərin vahidləri hələ dəqiq olaraq əsas və törəmə qruplarına ayrılma-mışdır. Əsas və törəmə vahidlər məcmusunu vahidlər sistemi adlandırmağı 1832-ci ildə ilk dəfə alman alimi K.F.Qanss təklif etmişdir. Bu sistemdə əsas vahidlər aşağıdakılardır: uzunluq vahidi – mm (millimetr), kütlə vahidi – mq (milliqram), vaxt (zaman) vahidi –san (saniyə). Bu sistemi mütləq vahidlər sistemi adlandırmışlar.

  6. 1881-ci ildə fiziki kəmiyyətlərin SQS vahidlər sis-temi qəbul edilmişdir. Bu sistemdə əsas vahidlər aşağı-dakıkardır: Uzunnluq vahidi –sm (santimetr), kütlə vahidi – qr (qram), zaman vahidi -san (saniyə). Sistemin törəmə vahidləri aşağıdakılardır: qüvvə vahidi – kq.q (kiloqram –qüvvə), iş vahidi- erq.Bu sistemdən bir çox vahidlərin başqa sistemə yenidən hesablanmasında narahatlıq mövcud idi. XX əsrin əvvəlində italyan alimi Corci MKSA ad-lanan daha bir vahidlər sistemi təklif etdi. O zamanlar bu sistem dünyada geniş yayıldı. Bu bsistemin əsas vahid-ləri: metr, kiloqram, saniyə, amper (cərəyan şiddətinin vahidi). Törəmə vahidləri –qüvvə vahidi –nyuton; enerji vahidi –coul; güc vahidi –vatt.

  7. Bundan əlavə digər təkliflərin də verilməsi beynəl-xalq aspektdə ölçmələrin vəhdətinin təmin olun-ması sahəsində səylərin artmasını göstərir. Eyni vaxtda hətta indi də bəzi dövlətlər onlarda tarixən formalaşmış ölçü vahidlərindən uzaqlaşmamışlar. Məlumdur ki, Böyük Britaniya, ABŞ, Kanadada kütlənin əsas vahidi kimi funtu hesab edirlər. Bununla belə “Britaniya imperiyası ölçüləri” və “köhnə vinçesterölçüləri” sistemlərində onun ölçüsü müxtəlif-dir. Bütün dünyada ən geniş yayılmış vahidlər sistemi –Sİ –beynəlxalq vahidlər sistemidir. Onun mahiyyətini nəzər-dən keçirək.

  8. Ölçülər və çəkilər üzrə Baş konfrans (ÖÇBK) 1954- cü ildə BM-də istifadə etmək üçün fiziki kəmiyyətlərin altı əsas vahidini müəyyən etmişdir: metr, kiloqram, saniyə, amper, kelvin (0K) və -1960 –cı ildə Baş konfrans Sİ adlanan –Beynəlxalq vahidlər sistemini təsdiq etdi (fransızca Systeme İnternational d, Unites başlanğıc hərflərindən azərbaycan dilində -Sİ). Sonrakı illərdə Baş konfrans bir sıra əlavələr və dəyişikliklər qəbul etdikdən sonra sistem yeddi əsas vahiddən, fiziki kəmiyyətlərin əlavə və törəmə vahid-lərindən ibarət olmaqla əsas vahidlər üçün aşağıdakı tərifləri işləyib hazırlamışlar:

  9. - uzunluq vahidi –metr–vakumunda işığın 1/299792458 saniyədə getdiyi yolun uzunluğudur. - kütlə vahidi –kiloqram –kütlə, kiloqramın beynəl-xalq prototipinin kütləsinə bərabərdir. - zaman vahidi –saniyə - xarici maqnit sahələri tərə-findən qasırğa olmadıqda sezium -133 atomunun əsas vəziyyətinin həddindən artıq nazik strukturunun iki səviyyələri arasındakı səviyyəyə uyğun 9192631770 şüa-lanma dövrlərinin müd-dətidir. - elektrik cərəyanı şiddətinin vahidi –Amper –vaku-umda bir –birindən 1m məsafədə yerləşən sonsuz uzun-luğa və həddindən kiçik dairəvi en kəsiyə malik olan naqillərdən keçən və bu naqillərin uzunluğunun hər bir metrində 2 · 10-7 N-a bərabər qüvvə yaradan sabit cərə-yanın şiddətidir.

  10. - termodinamik temperatur vahidi- kelvin–suyun üç qat nöqtəsinin termodinamik temperaturunun 1/273,160 hissəsidir. - maddə miqdarının vahidi –mol- kütləsi 0,012 kq olan karbon -12-min minlidində yerləşən atomların sayı qədər struktur elementləri olan sistemin maddə miq-darıdır. - işıq qüvvəsinin vahidi –kandela – mənbənin veril-miş istiqamətində tezliyi 540.1012 Hs olan monoxro-matik şüa saçan və energetik qüvvəsi 1/683Vt/sr olan işığın qüvvəsidir. Verilən təriflər xeyli mürəkkəbdir, yüksək bilik sə-viyyəsi tələb edilir, xüsusən də fiziki bilik. Lakin, onlar qəbul edilmiş vahidlərin təbii və həqiqi mənşəi barədə

  11. təsəvvür yaradır. Buna səbəb praktiki və nəzəri fizika-nın, mexanikanın, riyaziyyatın və elmin digər funda-mental sahələrinin inkişafı nəticəsində onların izahı üçün mürəkkəb şərhlər verilmişdir. Nəticədə əsas vahidlərin etibarlı və dəqiq olmasını, eləcədə dünyanın bütün döv-lətləri üçün aydın və izahı mümkün ola bilən formada göstərmək mümkün oldu. Deyilənlər vahidlər sisteminin beynəlxalq olması üçün əsas şərt oldu. Beynəlxalq “Sİ” sistemi, ondan əvvəlkilərlə müqayisədə ən mükəmməl və universal hesab edilir. Əsas vahidlərdən əlavə “Sİ” sistemində səthi və cisimani bucaqları ölçmək üçün əlavə vahidlər də vardır:radian və steradian. Bunlar-dan əlavə Sİ sistemində məkan və zamanın, mexaniki kəmiyyətlərin, elektrik, maqnit, istilik, işıq və akustik kəmiyyətlərinin, eləcədə ionlaşdırıcışüaların törəmə va-hidləri vardır.

  12. “ÖŞBK” –ın Beynəlxalq vahidlər sistemi qəbul edil-dikdən sonra bütün böyük beynəl-xalq təşkilatlar onu öz metrologiya üzrə tövsiyyələrinə daxil edərək bu təşki-latların üzvü olan dövlətləri onu qəbul etməyə dəvət etdilər. Keçmiş SSRİ-də Sİ sistemi uyğun dövlət stan-dartlarını tətbiq etdikdən sonra 1963-cü ildə qəbul edil-mişdir. Onu da qeyd etmək lazımdır ki, o dövrdə dövlət standartları (ГОST) qanuni qüvvəyə malik olmaqla yerinə yetirilməsi mütləq idi. Günümüzdə Sİ sistemi həqiqətən Beynəlxalq stantus əldə etmişdir, lakin bununla yanaşı sistemdən kənar vahidlər də tətbiq edilir. Məsələn: ton, sutka, litr, sent-ner, hektar, poqon metr və s.

  13. Diqqətinizə görə çox sağ olun. TƏRTİBAÇI İSMAYILOVA HİCRAN

More Related